Mədəniyyət / Foto Fakt

Gürcüstanın Bolnisi rayonunun Saraclı kəndində məşhur aşıq Hüseyn Saraclının anım günü keçirilib.

18-04-2017, 01:45
Gürcüstan Birləşmiş Aşiqlar İttifaqının sədri Xəlil Hüseyinov aşığın qəbrini ziyarət etməklə başlayıb. Sonra Saraclı kəndinin mərkəzində ucaldılan aşıq Hüseyn Saraclının büstü önündə Borçalı şair və yazıçıları, ictimaiyyət nümayəndələri və kənd deputatı, çıxış edərək görkəmli Borçalı aşığı ilə bağlı xatirələrini söyləyiblər.

Borçalı aşıqlarından aşıq Neymət Hüseyinov, aşıq Şahid Geysərov, aşıq Ayaz İncəli, aşıq Məsim, aşıq Samir Goculu, Aşıq Alı Faxralı və başqaları aşıq mahnıları ilə ustad sənətkar aşıq Hüseyn Saraclını yad ediblər. Tədbirdə sazsevənlər, Tiflisdən, Bakıdan, Marneulidən, Borçalı kəndlərindən gələn ziyalılar, Jurnalistlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aşıq Hüseyn Saraclının anım günü hər il ənənəvi olaraq aprelin ikinci ongünlüyündə keçirilir. Bu gün keçirilən tədbir sayca 27-cidir.



Administratorla əlaqə

077 611-55-22

[email protected]