Reportaj
Stokholmda "21 AZƏR həftəsi" başlanıb
14-12-2015, 21:45
Dekabrın 13-də Stokholmda Güney Azərbaycanda Milli Hökumətin qurulmasının 70 illiyi münasinətilə Güney Azərbaycan Konqresinin təşkilatçılığı ilə " 21 Azər" həftəsi başlayıb. Bu haqda Xeberdar.net-ə Stokholmdan Rüfət Muradlı məlumat verib. O bildirib ki, bu gün Güney Azərbaycan Konqresi tərəfindən, eləcə də İsveç Azərbaycan Federasiyasının və ABF-nin əməkdaşlığı ilə Stokholmda bayram mərasimi keçirilib. Mərasimdə əslən Güney və Quzey Azərbaycandan olan soydaşlarımızla yanaşı Türkiyə əsilli isveçlilər də iştirak ediblər. Güney Azərbaycan Milli Hökumətinin himni və şəhidlərə bir dəqiqəlik sükutla başlanan mərasimi GAK təmsilçisi Ayda Əmir Haşimi açıq elan etdikdən sonra Konqresin sədri Abdulla Əmir Haşimi Cavanşir iştirakçıları salamlayaraq 21 Azər hərəkatının önəmi haqda qısa çıxış edib. AFİ sədri Səttar Seviginin Azərbaycan Demokrat Hökuməti barədə çıxışından və salamlamasından sonra isə söz Ümid Partiyası və Borçalı İctimai Cəmiyyətinin sədr müavini Rüfət Muradlıya verilib. R. Muradlı tədbirdə Ümid Partiyasının və Borçalı Cəmiyyətinin mərasimə ünvaladıqları müraciətləri oxuduqdan, habelə Azərbaycan Demokrat Hökumətinin tariximizdəki yeri haqda çıxış etdikdən sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin mərasimə göndərdiyi mesaj və hədiyyələri təşkilatçılara təqdim edib.
Azərbaycan Milli Hökuməti haqda araşdırmaçı Yadulla Kənaninin 21 Azər hərəkatı haqda məruzəsi də iştirakçılar tərəfindən diqqətlə qarşılanıb. AFİ təmsilçisi Səadət Kəriminin konfransa təqdim olunan virtual məruzəsində Milli Hökumətin yaranması zamanı mövcud beynəlxalq şərtlər və siyasi durum daha çox əks etdirilib.
Nəhayət tanınmış musiqi xadimi, aşıq-müğənni Solmaz Kosayevanın sazlı sözlü çıxışı ilə mərasimə gerçək bir bayram əhval ruhiyyəsi qatılıb.
Mərasimdə tanınmış ictimai-siyasi simalar və qələm adamları , o cümlədən Eluca Atalı, Babək Azad, Rahim Sadıqbəyli və başqaları öz çıxışlarında Seyid Cəfər Pişəvəri və silahdaşlarının mübarizəsinin sonucu olam Mili Hökumətin Azərbaycan dövlətçiliyi tarixi üçün önəmindən bəhs ediblər.
Mərasim axşam saatlarınadək musiqi proqramı və çıxışlarla davam edib, Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilmısilə sona çatıb.