Xəbərlər

Ermənilərdən Eldar Qasımova qarşı təxribat – FOTO

14-04-2017, 12:43

Bu gün “Eurovision - 2011”-in qalibi Eldar Qasımovun “Instagram” səhifəsində ermənilərlə bağlı paylaşımlar edilib.

Oxu.Az xəbər verir ki, erməni hakkerləri tərəfindən oğurlanan səhifədə erməni terrorçusu Monte Melkonyanın fotoşəkli və Ermənistan bayrağı paylaşılıb. Paylaşımlara “Yaşasın Ermənistan” sözləri yazılıb.

E.Qasımovun səhifəsinin profil fotosu da dəyişdirilərək erməni bayrağı və terrorçunun şəkli ilə əvəzlənib.

Müğənni bununla bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edərək “Instagram”dakı eldar_official səhifəsini şikayət etməyi xahiş edib.

Qeyd edək ki, müğənninin “Instagram” səhifəsində 20 mindən çox izləyici var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]