Siyasət

Trampdan erməni diasporası ilə görüşdən imtina edib

25-01-2017, 01:19
Trampdan erməni diasporası ilə görüşdən imtina edibABŞ-ın yeni prezidenti Donald Tramp bu ölkədəki erməni lobbisini qəbul etmir.
Sfera.az xəbər verir ki, bu barədə moderator.az saytı yazıb.
ABŞ-da "California Currier” qəzetinin redaktoru Arut Sasunyan da təsdiqləyib ki, erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb: "Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır”.

Sayt yazır ki, ABŞ-dakı erməni təşkilatları Trampla görüşərək, onun Ermənistan və Dağlıq Qarabağla bağlı mövqeyini anlamaq istəyir.

"Lakin onunla görüşmək cəhdləri alt-üst olur. Trampın inaqurasiyasından sonra onun erməni nümayəndələrini qəbul edəcəyi ehtimalı da kiçikdir. Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb. Bizim yeganə ümidimiz odur ki, Trampın prezidentliyi dövründə Qarabağda sülh olacaq. Əks təqdirdə, Ermənistan üçün yaxşı gələcək görünmür”, - deyə qəzet yazıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]