İdman
Millimiz darmadağınla qrup lideri oldu
9-04-2017, 23:17
Bu gün futzal üzrə Azərbaycan milli komandası AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Albaniya ilə qarşılaşıb.
B qrupundakı ilk matçında Bosniya və Herseqovina millisinə 5:4 hesabı ilə qalib gələn millimiz bu matçı da qalibiyyətlə başa vurub. Biro Jadenin yetirmələri 5:0 hesablı darmadağına seviniblər. Bu nəticə ilə birinci pilləyə yüksələn komandamıza liderlik üçün sonuncu - Macarıstanla oyunda heç-heçə də bəs edəcək.
Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla heç-heçə oynayıb.
AÇ-2018-in seçmə mərhələsi
B qrupu
II tur
Bosniya və Herseqovina - Macarıstan - 2:2
Azərbaycan - Albaniya - 5:0
Qollar: Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)
Bakı idman sarayı
Yer
Komanda
O
Q
H
M
T/F
X
1
Azərbaycan
2
2
0
0
10:4
6
2
Macarıstan
2
1
1
0
6:5
4
4
Bosniya və Hrs.
2
0
1
1
6:7
1
3
Albaniya
2
0
0
2
3:9
0
----------
16:00
Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılacaq.
Xeberman.com qol.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gələcək. Biro Jadenin baş məşqçi olduğu komanda ilk turda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə yenib. Albaniya isə Macarıstana uduzub - 3:4.
Avropa çempionatı, əsas seçmə mərhələ
B qrupu
16:00. Bosniya və Herseqovina - Macarıstan
18:30. Azərbaycan - Albaniya
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Ramil Namazov (Azərbaycan)
Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında olacaq.