İdman

“Kəpəz” və “Qəbələ” növbəti mərhələyə adladılar

7-07-2016, 22:23

Azərbaycanın "Qəbələ” Avropa Liqası, I təsnifat mərhələsinin səfərdə keçirilən cavab oyununda Gürcüstanın "Samtredia” klubuna1:2 hesabı ilə məğlub olub.

Amma iki oyunun cəminə görə "Qəbələ” növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, "Qəbələr” bundan əvvəl evdə keçirdiyi ilk oyunda rəqibini 5:1 hesabı ilə məğlub edib.

***

Azərbaycanın "Kəpəz” futbol klubu tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib.

Gəncə komandası Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldova "Daçiya”sını 1:0 hesabı ilə məğlub edərək bu nailiyyətə imza atıb. Kişinyovda keçirilən oyunda yeganə qolu 56-cı dəqiqədə "Kəpəz”in futbolçusu Dario vurub.

Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı.

Növbəti mərhələdə "Kəpəz”in rəqibi Avstriyanın "Admira” klubu olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]