İdman

Azərbaycan millisi məğlub oldu

26-03-2017, 22:19

Qol.az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan dördqat dünya çempionu Almaniya millisini qəbul edib. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar uğurlu seriyanı Bakıda da davam etdirib və 4:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, almanlar 5 oyunun 5-cisində də meydanı qələbə ilə tərk ediblər.

Azərbaycan millisi isə bu məğlubiyyətdən sonra qrupda 3-cü yerdən 4-cü yerə düşüb.

Qrupun digər oyununda Çexiya səfərdə San Marinoya 6:0 hesabı ilə qalib gəlib. Bu qrupun son matçı bu gün Şimali İrlandiya ilə Norveç arasında olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]