İdman

Azərbaycan millisi Türkiyə və İngiltərənin ardından Çexiyanı da məğlub edib

28-08-2016, 13:16
İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqasının Super Final mərhələsi davam edir.

Xeberman.com AFFA-ya istinadən xəbər verir ki, "B Divizionu"nda mübarizə aparan Azərbaycan milli komandası növbəti oyununu Çexiya yığmasına qarşı keçirib.
Görüş millinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Sabah millimiz bu mərhələdə son oyununu Macarıstan yığmasına qarşı keçirəcək. Qalib komanda 1-ci liqada 12 ən güclü komanda arasında mübarizə aparmaq üçün vəsiqə qazanacaq.

Xatırladaq ki, bundan öncə yığmamız Türkiyə millisini 5:3, İngiltərə millisini 2:0 hesabı ilə məğlub edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]