Dünya

Tarzan əfsanəsi gercək oldu - VİDEO/FOTO

6-04-2017, 22:44

Publika.az xarici mediaya istinadən xəbər verir ki, polislər meymunlarla birlikdə yaşayan 8 yaşında bir qız uşağını tapıblar.
Məlumata görə, uşaq Uttar Pradeş ştatında yaradılan bir qoruqda tapılıb. Meymunlarla eyni davranışları sərgiləyən qız xəstəxanaya yerləşdirilib.
Meymunların yanında daha rahat davranan qız insanları görəndə qorxur. Qız danışa bilmir və deyilənləri başa düşmür. İməkləyərək hərəkət edən uşağın meymunların arasında nə vaxtdan yaşadığı bilinmir.




Administratorla əlaqə

077 611-55-22

[email protected]