Xəbərlər / Yaşam

10 yaşına kimi danışa bilməyən qız uşağı birdən dil açıb – VİDEO

28-01-2017, 13:57

Oxu.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Bakıda yaşayan 15 yaşlı Rəvanə 10 yaşına qədər danışmayıb. Vaideynləri elə biliblər ki, o, laldır. 5 il əvvəl isə möcüzə adlandıra biləcəyimiz hadisə baş verib.

İlk dəfə dil açanda uşaq səsi ilə danışsa da, indi Rəvanə hətta peşəkar muğam ifaçıları kimi zəngulələr vurur.

10 il danışmayan Rəvanənin anası, sanki o illərin acığını çıxmaq üçün indi istəyir ki, qızı doyunca oxusun. Bəzən özü və ailə üzvləri də Rəvanəyə qoşulub muğam ifa edirlər.

Möcüzə kimi ömür yaşayan Rəvanənin gələcək arzuları da elə muğamla bağlıdır.


Administratorla əlaqə

077 611-55-22

[email protected]