Dünya

5 yaşlı uşaq qandallandı - VİDEO

31-01-2017, 23:51

Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün İran əsilli bir Amerika vətəndaşının 5 yaşlı oğlu ilə bağlı video yayılıb.
Videodan görünür ki, ailəsi ilə birlikdə ABŞ-a girişinə icazə verilməyən uşaq Vaşinqtonun Dulles Hava Limanında 5 saat saxlanılıb. Əlləri qandallı şəkildə saxlanılan uşağın anası isə göz yaşları içərisində övladını gözləyib.

Məsələyə münasibət bildirən Ağ Evin sözçüsü Şon Spayser uşağın ölkəyə təhklükə yarada biləcəyi təhlükəsi olduğu üçün saxlanıldığını bildirib. Onun sözlərinə görə, kiminsə yaş və cinsiyyətinə görə təhlükə yaratmayacağını düşünmək yanlış fikirdir: "Prezident ən qısa zamanda ölkəni qorumağı və təhlükəsiz vəziyyətə gətirməyi qarşısına mıəqsəd qoyub”.

Bakı Post

Administratorla əlaqə

077 611-55-22

[email protected]