Dünya
ABŞ BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başladı
1-04-2017, 13:07
Xeberman.com Report-a istinadən xəbər verir ki, quruma bir ay ərzində Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Nikki Heyli rəhbərlik edəcək.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT-yə maliyyəni azaldacağı haqqında xəbər yayılıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Digər 10 üzv isə qeyri-daimi üzvlərdir və onlar Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi dəyişir.