Gündəm

AŞPA-da Azərbaycan gündəmi?

23-01-2017, 23:46
Səadət Bənənyarlı: “Mühacirətdə olan azərbaycanlılar sessiyaya qatılıb müxtəlif tələblər irəli sürmək istəyirlər”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın fəaliyyətə başlamasından sonra yanvarın 23-dən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır. Strasburqda keçiriləcək iclas yanvarın 27-nə qədər davam edəcək. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Milli Məclisin rəsmi saytının verdiyi xəbərə görə, qurumun Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 22-dən 28-dək Strasburqda səfərdə olacaqlar. Nümayəndə heyətinə Milli Məclisin AŞPA-kı daimi nümayəndə heyətinin üzvləri - parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Qənirə Paşayeva, Elxan Süleymanov və Müslüm Məmmədovun daxil olduqları bildirilir. Sessiya çərçivəsində qurumun Nazirlər Komitəsinin, Daimi Komitəsinin və Bürosunun hesabatları dinləniləcək, Bolqarıstanda keçirilmiş prezident seçkilərinin, Makedoniyada parlament seçkilərinin nəticələri, Avropada media azadlığı və jurnalistlərə qarşı zorakılıq, Qəzzada humanitar böhran, Onlayn media və jurnalistika, Ukraynada demokratiya institutlarının fəaliyyəti, Livanda vəziyyət, Avropanın təhlükəsizliyi, həmçinin regionun stabilliyi üçün risklər və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Almaniya, Fransa, Finlandiya, Danimarka, Avstriya və Çexiyanın AŞPA qarşısındakı öhdəliklərinin də müzakirəsi nəzərdə tutulub.

Maraqlıdır, gündəliyəAzərbaycanlabağlıhansısaməsələsalınabilərmi?



Hüquq müdafiəçisi Səadət Bənənyarlı “Cümhuriyət” qəzetinə bildirib ki, AŞPA-nın qış sessiyasında gündəlikdə duran məsələlər artıq müəyyən olunub: “Çox nadir hallarda sessiyada gündəlikdən kənar hansısa məsələni müzakirəyə salırlar. Amma hazırki gündəlikdə Azərbaycanla bağlı məsələ yox idi. Gündəlikdə əsasən qlobal məsələlər durur. Trampın prezident seçilməsi ilə gündəliyin təsdiqlənməsi arasında əlaqə görmürəm. Bu, vaxt baxımından da mümkün olan bir şey deyil”.

Azərbaycandan olan hüquq müdafiəçilərinin AŞPA-nın qış sessiyasında iştirak edib-etməyəcəyinə gəlincə, həmsöhbətimiz bu haqda məlumatsız olduğunu qeyd edib: “Bir neçə şəxs var ki, xarici ölkədədirlər, amma onların da AŞPA-nın sessiyasına qatılmaq kimi bir planı yoxdur. Amma bu gün mühacirətdə olan bir sıra azərbaycanlılar var ki, onlar bu sessiyaya qatılıb müxtəlif tələblər irəli sürmək istəyirlər”.

Yeganə Oqtayqızı
Cebhe.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]