Əsas Səhifə / Gündəm

Murad Səttarov gəncəliləri “murad”ına çatdıracaqmı...?

1-01-2016, 10:05
Murad Səttarov gəncəliləri “murad”ına çatdıracaqmı...?Dövlət Avtimobil Nəqliyyatı Xidmətinin Gəncə regional Söbəsinin keçmiş rəisinin yarıtmaz fəaliyyəti barədə Moderator.az - da bir neçə dəfə tənqidi yazılar getmişdi və müvafiq qurumlardan ölkənin ikinci paytaxtındakı sərnişindaşımada yaşanan xaosla bağlı ciddi ölçü götürülməsinin zəruriliyi haqqında çağrışlarda bulunmuşduq, tədbir görülməyəcəyi halda bədbəxt hadisənin qaçılmaz olacağı barədə xəbərdarlıq etmişdik...

Şöbənin başabəla rəisi işdən kənarlaşdırıldıqdan keçən bir ay müddətində Gəncədəki sərnişindaşımada ciddi irəliləyişlərin nəzərə çarpdığıyla bağlı şəhər sakinlərindən məlumat almışıq. Bildirilir ki, şöbənin yeni rəisi Murad Səttarov Gəncənin sərnişindaşımasında neçə illərdən bəri yığılıb qalan çoxsaylı problemləri rəis təyin olunduğu 1 ay müddətində yoluna qoymağa çalışır.

Belə ki, xəttə çıxarılan marşrut avtobuslarının təmiz saxlanması, sürücülərin uniformada xidmət göstərməsi və sərnişinlərlə mehriban rəftar edilməsi, eyni zamanda sərnisinləri daşıyarkən sürücülərin qəti olaraq mobil telefondan istifadə etməməsi, siqaret çəkməmələri tapşırıqlarını verib, bu da Gəncə sakinlərinin razılığına səbəb olub.

Mövzunu diqqətdə saxlayacağıq və şəhər sakinlərinin iddialarının nə dərəcədə həqiqəti əks etdirib - etdirmədiyini əyani şəkildə oxuculara çatdırmaq üçün əməkdaşlarımız vaxtaşırı ölkənin ikinci paytaxtında monitorinqlər aparacaqlar... moderator.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]