Əsas Səhifə / Ölkə

Azərbaycanda nurçuların hakimiyyət uğrunda yeni revanş siyasəti

31-12-2015, 22:17

Hal hazırda Türkiyə, Azərbaycan, Özbəkistan, Tatarstan, Qazaxıstan, Qırğızstan və başqa Türk Dövlətləri, eləcə də Güney Azərbaycanda ən böyük təhlükə mənbələrindən birincisi 1909-cu ildə əsası Səidi Kürsi tərəfindən qoyulmuş, islam dini adı altında qatı antitürk siyasətini yürüdən "Risaleyi Nur” təlimidir. Bu ideologiyanın əsas məqsədi din pərdəsi adı altında sömürgəçi və ya neokolonial siyasət aparmaq istəyən supergüclərin maraqları çərçivəsində yerli toplumların "beyin yuma” proseslərində iştirak etməkdir. 

Başqa bir tərəfdən isə, özlərini savadlı, intellektual, müasir dünyanın dərin hədəflərini bilən kimi göstərməklə daxili siyasi, ictimai, sosial və iqtisadi proseslərin önündə duraraq fərqli taktika ilə həmin dövlətləri "xaricdən idarəolunan” dərin maraqlara qurban vermək proyektlərində iştirak edirlər. 

Ölkəmizdə nurçuların hədəfləri

Müasir dünya siyasətində nurçuların lideri Gətullah Gülən və tərəfdarlarının maraqları hansı ölkədə mövcuddursa, orada yerli hakimiyyəti ələ keçirməyi ana hədəf olaraq görürlər. Azərbaycanda onlar ilkin kapital qoyuluşu ilə çox asanıqla milyonlarca gəlir mənbələrini yaratmışdılar. Bu, "Çağ Öyrətim” və "Araz Kursları” adı altında olan çetedən və böyük bir çəbəkədən ibarət idi. Onlar əldə etdikləri milyonlarlardan dövlətə vergi ödəməmək üçün, "vəkf” (fond) adı altında fəaliyyəti göstərirdilər. Azərbaycandakı 32 orta təhsil müəssisəsinin hər birində orta hesabla 300 şagird nurçu çeteyə adambaşına ildə təhsil haqqı adı altında 3 min dollar vəsait ödəyirdi. "Araz Kursları”nı da buraya əlvə etsək, toplam təhsil sektorunda ildə asnlıqla 60 milyon dolar qazancın sahibinə çevrilirdilər. Bütün bunlar azmış kimi, həmin vəsaitin sayəsində öz kadrlarının müxtəlif yollarla hakimiyyətin müxtəlif stukturlarında yerləşdirilməsi prosesləri baş vermişdi. Onların əsas kadrlarından biri olaraq Elnur Aslanov hətta prezident administrasiyasının rəhbərinin köməkçisi vəzifəsinə qədər yüksəlmişdi. Onun digər şəriki, yəni Elşad İskəndərov "ılımlı islam” adı altında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini məngirləşmişdi. Bu, o demək idi ki, tədricən Azərbaycandakı bütün nazirlikləri ələ keçirməklə, ölkənin milli dövlət olma təməl prinsiplərini tamamilə çökdürmək planı həyata keçirilməli idi. Ancaq, dövlətimiz bu proseslərə zamanında öz qiymətini verərək, "nurçu cameə” çetesinin hakimiyyətə sahib çıxmaq təşəbbüslərini iflasa uğratdı. "Nur”çuluğun tarixi, dini və ideoloji konsepsiyasına diqqət yetirdikdə o da bəlli olur ki, bu siyasətin astar üzü dünyanın antitürk siyasi masalarında yer alan hədəfləri ölkənin daxili faktorları əsasında çükdürülməsinə dəstək verilməsidir. Onlar "camaat birlikləri”, "dini cameə”, "vəhabilik” və digər şəbəkələr şəklində hərəkət edərək xarici dövlətlərin maraqlarını təmin etməkdə sosial şəbəkə rolunu oynayırlar. Bir qədər modern qılafa bürünmüş nurçuluq ideyası əslində xurafatla dolu olan daha dərin ideyaların yayılması sistemi ilə hərəkət etməyi sevir. 

İndi Azərbaycanda nurçuların hədəfləri nədən ibarətdir?

Elnur Aslanov və Elşad İskəndərov hakimiyyətdəki mövqelərindən uzaqlaşdırılsalar da onların illərlə yetişdirdikləri əsas kadr Nurəddin Mehdiyev nurçuların əsas güc mənbəyi olan "Hizmət Hərəkatı”na xidmətini davam etdirir. Məlum olduğu kimi 2003-2009-ci illərdə Elnur Aslanovun tapşırığı ilə onun yaxın adamı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərova məxsus "Karvan” Şirkəti və Dini Araşdırmalar mərkəzində çalışan Nurəddin Mehdiyev orada həcc ziyarətinin təşkili sayəsində daha üstün səviyyədə özlərinə gəlir mənbəyi yaratmışdır. Bununla yanaşı, hakimiyyətdə öz kadrlarını yerləşdirmək üçün dini araşdırmalar adı altında "Hizmət Hərəkatı”na illərlə xidmət etmişdir. Təkcə bu işi ilə kifayətlənməyən Nurəddin Mehdiyev Elşad İskəndərovun "Hizmət Hərəkatı”nın köməyi ilə təsis etdiyi "İslam Konfransı Təşkilatı Gənclər Forumu”nun yaranmasında xüsusi rol almışdır. Belə ki, istər İslam Konfransı Təşkilatı Gənclər Forumunun Azərbaycandakı fəaliyyətinin təşkili və bu qurumun Azərbaycandakı "Fətullah Gülən şəbəkəsi” ilə fəaliyyətinin əlaqələndirilməsi, istərsə də Elşad İskəndərovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi dövründə orada "Fətullah Gülən şəbəkəsi”nə aid və nurçulara məxsus radikal dini ədəbiyyatların çapı və oraya kadrların cəlb olunmasında Nurəddin Mehdiyev xüsusi rol oynamışdır. Halbuki, bu əməllər tamamilə cinayət xarakterlidir. Bu gün Türkiyə dövlətinin Baş Prokurorluğunun sanksiyasına görə, Fətullah Gülən dövlət çevrilişi cinayətlərinə görə ən böyük canilərdən biri hesab olunur. Fətullah Gülən isə həbs olunacağından qorxaraq uzun illərdir ABŞ-ın Pensilvaniya ştatında mühacir statusu ilə gizlənməkdədir. Bu həmin Fətullah Güləndir ki, Türkiyənin unitar dövlət modelinə qarşı çıxaraq, onun ərazilərində süni "Kürdüstan”, "Qərbi Ermənistan” və digər separatçı bölgələrin yaradılmasını hər zaman fəal şəkildə müdafiə etmişdir. 
Nurəddin Mehdiyevin bütün qeyd olunan fəaliyyətləri Azərbaycanda nurçu yuvası olan Gəncliyə Yardım Fondu ilə birgə həyata keçirmişdir. Fond 1990-cı illərin başlanğıcından Azərbaycanda Nədim Kayanın rəhbərliyi ilə yerli əhaliyə humanitar yardıma adı altında "radikal dini baxışlara malik gənclərin yetişdirilməsi” siyasətini aparmışdır. Bu fondun digər fəaliyyətlərindən biri də, Azərbaycanda təhsil alan və Türkiyə vətəndaşı olsalar da, terrorçu və separatçı siyasət aparan PKK-nın alovlu tərəfdarı kimi tanınan tələbələrə xüsusi təqaüdlərin ayrılmasına dəstək vermək idi. Bakı Dövlət Universiteti, Tibb Akademiyası, Neft Akademiyası, Texniki Universitet və başqa ali təhsil ocaqlarında 35 min türkün qanını içən Aponun (Abdulla Öcalan) döş nişanlarını və plakatlarını təbliğ edənlər də məhz həmin tələbələr idilər. Türkiyənin "İmralı Cəzaevi”ndəki məhkəməsində terrobaşı Apo "Bizim, yəni PKK-nın ən güclü dayaqlarından biri də Azərbaycandır” deməsi ilə, Bakıda fəaliyyət göstərən "Gəncliyə Yardım Fondu”nu nəzərdə tuturdu. Bu həmin fond idi ki, onun əsas hamisi Elnur Aslanov və onun tərəfdarları idilər. 

Nurçular hakimiyyətin kolidorlarına necə yol tapırdılar?

Əvvəllər açıq, sonradan gizli şəkildə daim Elnur Aslanova sadiq olan nurçu kadr Nurəddin Mehdiyev hər üç qurumdakı fəaliyyətini məhz bu şəxsin tapşırıqları əsasında qurmuşdur. Təsadufi deyil ki, Nurəddin Mehdiyev məhz Elnur Aslanov prezident administrasiyasında şöbə müdiri olduğu və gənclər sektorunu idarə etdiyi dövrdə gənclər hərəkatında irəli çəkilib. Belə ki, 2011-ci ildə Elnur Aslanov Gənclər və İdman Nazirliyindəki havadarları vasitəsi ilə Nurəddin Mehdiyevi Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri və 2012-ci ildə o zaman Gənclər və İdman Nazirliyinin yanında olan Gənclər Fondunun müşahidə şurasının üzvü seçdirməyə nail olmuşdur. Elnur Aslanov Nurəddin Mehdiyevi işə salaraq gənclər təşkilatlarını Gənclər Təşkilatları Milli Şurasının seçkilərində və Şahin Seyidzadənin xeyrinə səs verdirməyə nail olmuşdu. İndiki məqamda qarşıdan gələn Şura seçkiləri yaxınlaşsa da Şahin Seyidazadənin seçkiləri keçirmək fikri olmadığı görsənir. Elnur Aslanov tərəfindən Milli Şuraya təyin olunan Şahin Seyidzadə bu postu əldən verməmək üçün ondan tapşırıq alması artıq gün kimi aydındır. Çünki Elnu Aslanov bilir ki, Milli Şura kimi maddi və siyasi rıçaq olan bir qurumu əldən buraxmaq olmaz. Belə ki, əgər seçkilər keçirilərsə Şahid Seyidzadə və yaxud ona yaxın digərləri sədr seçilə bilməyəcəklər. Ona görə də açıq şəkildə cığallıq etməyi planlaşdırırlar. Elnur Aslanov Nurəddin Mehdiyev vasitəsi ilə hər vəchlə Gənclər Təşkilatlarının Milli Şurasını əlində saxlamağa çalışır. Bu arada isə Nürəddin Mehdiyev bütün tərəflərə özünü yaxın göstərməklə prosesləri öyrənməyə çalışır. Bu şəxslərin gənclər sektorunda hələ də qalması Elnur Aslanovun təlimatları əsasında gələcək planlarını həyata keçirmək üçün gerçəkləşdirilir. Elnur Aslanovun məqsədi gənclər sektoruna nəzarəti əldə saxlamaq və məqamı yetişəndə gənclərdən istifadə edərək yenidən aktiv siyasətə qayıtmaqdır. Hətta Elnur Aslanov öz ətrafına bildirib ki, sosial şəbəkələrdə ölkədə baş verən məsələləri daha çox paylaşsınlar ki, həm nurçuluq məsələləri yaddan çıxsın, həm də bu kimi məsələlərin fövqündə nurçuluğun o qədər də ciddi və qorxulu məsələ olmadığı sübut olunsun.
Bütün bunlar əslində böyük faciələrimizdən biridir. Dövlətin maliyyə dəstəyi ilə elə onun özünə qarşı çete siyasətini dərinləşdirmək, ən böyük milli xəyanətlərdən biridir. Nurçular isə hələ də hakimiyyətin kolidorlarında cövlan edərək qarşılarına vəzifə kimi qoyduqları məqsədlərini həyata keçirməkdə iddialı tərəf kimi görünürlər. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]