Əsas Səhifə / Müsahibə
“Bütün dünya Türkə itaət edəcək, qarşısında diz çökəcək”
2-03-2015, 11:33
VAROL ESEN: “Türk demək tarix demək, tarix demək türk deməkdir”
Böyük Turan Hərəkatı Partiyasının (Türkiyə) lideri VAROL ESENin Avrasiya.net-ə müsahibəsi.
- Varol bəy, Böyük Turan Hərəkatı Partiyasının meydana gəlməsində əsas məqsəd nədir? Bu ideya haradan qaynaqlandı?
- Böyük TURAN Hərəkatı Partiyası, Türkiyədə yaşanan xəyanətlərə “dur” demək və Türk Dövlətləri ilə Türk Birliyini qurmaqdır. Və bunun qabaqcılı qətiliklə Böyük TURAN Hərəkatı Partiyası olacaq. Biz partiya olaraq nə ərəb birliyi, nə də Avropa Birliyini istəyirik. Biz qanımızın tələb kimi qan qardaşlarımız ilə birlik qurmaq istəyirik.
- Bu partiyanın qurulması Türkiyədəki digər partiya və hərəkatlar tərəfindən necə qarşılandı? Xüsusilə də iqtidar tərəfindən …
-Bu partiyanın qurulması, xüsusilə iqtidarı və mənfi qruplarlı, imperialist qüvvələrlə əməkdaşlıq edən vətən xainlərini çox narahat etdi. 11 noyabr 1938-ci ildən sonra Türkiyəyə gələn hökumətlər türklükdən və türkçülükdən uzaqlaşmış, imperialist güclərin oyunçularına çevrilmişlər. Tarix əsla yalan danışmaz, nə ərəblər, nə də Avropa Türkün dostudur. Türkün dostu türkdür, gerisi yükdür. Türk TURAN Birliyi qurulacaq və bütün dünya Türkə itaət edəcək, qarşısında diz çökəcək. Əgər dünyada hər kəsə bərabər ədalət istənirsə, bu ancaq Türk TURAN Birliyinin qurulması ilə reallaşacaq. Türk demək Tarix demək, Tarix demək Türk deməkdir.
- Bütün Türk dünyası dövlətləri ilə əlaqələrinizi necə quracaqsız, bunun əlaqədar tədbirlər planınız varmı? Və bu partiya əsasən hansı türk dövlətlərinin birliyinə çalışacaq?
- TURAN Birliyi Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və bir də Qırğızıstan qurulacaq, daha sonra muxtar Türk Dövlətləri ilə davam edəcək, əsas məqsədimiz budur. Macarıstan hədəf ölkədir. Macarıstanda Jopping partiyası var Turancı, onlar da daxil ediləcək. Müstəqilliyini əldə etməmiş Türk birlikləri isə soydaş topluluklarımızdır. Və bu məqsədin qabaqcılı tarixi ilə, coğrafi mövqeyi və əhalisi ilə Türkiyə Respublikası Dövləti olacaq. Dünyanın yetişdirmiş olduğu ən böyük dövlət xadimi və əsgər olan ulu rəhbər Mustafa Kamal Atatürkün xəyalı budur. Və biz rəhbərimizin bu xəyalını reallaşdıracağıq.
- Turan dövlətinin qurulması fikrinə münasibətiniz…
- Bizim Türk Dünyası ilə əlaqələrimiz üçün bir heyət quracağıq və Türk Dövlətlərinə iqtidar olsun müxalifət olsun, qeyri-hökumət təşkilatları, o cümlədən müşavirə etməyə, TURAN Birliyini qurmaq üçün razılaşmalar etməyə göndərəcəyik.
- Fikrinizcə, bu dövlətin qurulmasını istəməyən güclər çoxdurmu və onlara qarşı hansı şəkildə mübarizə aparılmalıdır?
- Dünyadakı heç bir dövlət Türk Birliyini istəmir, çünki Türk Birliyi qurularsa, xüsusilə imperialist güc dediyimiz müstəmləkəçi dövlətlərin hakimiyyəti sona çatacaq və Türk yenidən dünyaya hakim olacaq. Bu güclərlə mübarizə etmənin ən sadə yolu isə TURAN Birliyini qurmaq, iqtisadi, hərbi, ictimai və mədəni razılaşmalar əldə edərək ortaq bir hava, quru və dəniz qoşunları yaratmaqdır. Bütün Türk Dövlətlərinin nümayəndələri ilə bir araya gələrək Türkün mənfəətinə görə hərəkət edəcəyik .
- TURAN dövləti yaradılarsa hansı ərazilər bu dövlətə daxil edilə bilər və paytaxt hansı şəhər olmalıdır?
- TURAN Birliyinin paytaxtı qətiliklə Ankara olacaq və müəyyən müddətdəhər bir Türk dövləti rəhbərlik edəcək. Əgər biz hərbi, iqtisadi, sosial və mədəni birlik qura bilsək, onda muxtar Türk respublikaları da öz müstəqilliyinə qovuşacaq və birliyə daxil olacaqlar.
- TURAN Azərbaycanlıları Konqresinin sədri Rəşad Əlizadə bu günlərdə Turan Gömrük Birliyinin yaradılması fikrini ortaya atdı. Bu mümkündürmü?
- Rəşad Əlizadənin ortaya atdığı fikir olan Turan Gömrük Birliyi bizim istədiyimiz Göktürk İqtisadiyyat modelinin təməl daşlarından biridir. 1. Tamamilə öz insanımızın əməyi, çalışması və istehsalı ölkəmizin inkişafını və iqtisadi müstəqilliyini hədəfləyən iqtisadi modeldir. 2. Bu istiqamətlə milli inkişaf və TAM MÜSTƏQİL GÖKTÜRK İQTİSADİYYAT modeli, ölkələri istismar etməyi hədəf alan, qlobal güclərə qarşı verilən mübarizənin də adıdır. 3. Bu model bir alternativ deyil, iqtisadi döyüşün yaşandığı günümüz dünyasında yeganə inkişaf modelidir. Böyük Turan Hərəkatı Partiyası bütün Müstəqil Türk dövlətlərini bütöv görüb belə dəyərləndirməkdədir. O səbəblə İqtisadi İnkişaf modelimiz də ifadə etdiyimiz “öz inanımı deyərkən” bütün TÜRK MİLLƏTİ qəsd edilməkdədir. TURAN Gömrük Birliyi üçün ilk edilməsi lazım olan, bu fikri müdafiə edən bütün partiya, dərnək, alimlər bir araya gələrək bu fikri reallaşdlrmaq üçün hərəkətə keşməlidirlər. Hər müstəqil Türk dövləti ayrıca özlüyündə bu məqsədə istiqamətli olaraq imperialist ölkələrin təsirlərindən xaric gerçək mənada TURAN düşüncəsini reallaşdıra biləcək qüvvələrlə əməkdaşlığa getməlidirlər.
- Gələcək planlarınız və hədəfləriniz …
- Dini inancı nə olursa, olsun bütün dünyadakı Türkü hörmət və sevgi ilə salamlayıram. Hədəflərimizə gəlincə isə, təməl hədəflərimizdən başında asanlıqla anlaşıla biləcəyimiz türkcə dilimizi ən inkişaf etmiş qrammatik quruluşuna sahib olan Türkiyə türkcəsinə yaxınlaşdırmaq və Türkiyə türkcəsinə zaman içərisində girmiş ərəb-fars və digər qərb dillərindən olan sözləri təmizləyib KÖK TÜRKCƏ sözlərlə zənginləşdirməkdir. Dərhal və asanlıqla reallaşdırılması mümkün olan TURAN BİRLİYİnə doğru yol qət etmək hədəfimizdir. Bu mənada, ortaq bir mədəniyyət xəzinəsinə sahib olduğumuz üçün əsas prioriteti mədəni fəaliyyətlərlə daha da gücləndirmək arzusundayıq.