İslam

Nurçuların kitablarında Novruz həqiqəti (Araşdırma)

21-03-2016, 13:47

Səid Nursinin Novruzla ola əlaqəsini və Novruza xüsusi meyli olmasını keçən dəfə sübuta yetirdik. Daha ətraflı bax: (https://xeberman.com/news/islam/3579-seid-nursi-novruzu-qeyd-edib-besi-siz-ne-deyirsiz-ey-nurcular.html)

Keçən yazımızda olduğu kimi burda da elə nurçuların etiqad bəslədiyi mənbəyə müraciət edəcəyik. Səid Nursinin Haşir Risaləsi adlı kitabında Novruzun gəlişini təbiətin bayramı kimi qeyd olunur. Novruzun gəlməsi ilə hər yerin abad olması,ölmüş təbiətin dirilməsi və xülasə bu işin ilahi möcüzə olması başa salınır.

Nurçuların kitablarında Novruz həqiqəti (Araşdırma)


Nurçuların kitablarında Novruz həqiqəti (Araşdırma)

 


 

 

 

 

 

 



 

 

Keçən yazımızda qeyd etdiyimiz məsələni burda bir daha qeyd edək.

Səid Nursi haqqında yazılan "Son Şahidlər” kitabında ona yaxın olan daim onun yanında olan Muhsin Alev yazır: "Ustad gəzməyi xüsusən bahar fəslində yaz aylarında təbiət qoynunda gəzməyi çox xoşlayardı. Məxluqatla, mövcudatla baş-başa qalıb dərin təfəkkürə dalardı. İstanbulda Novruz günü (21 Mart) çölə gəzməyə gedərkən bizi də yanında apardı. Bu gün məxluqatın bayramıdır deyib, Novruzun önəmini bizə anlatdı. Çöldəki itlərə çörək qırıntıları atdı. Bu Novruz bayramında bir köpəyin belə qisməti vardır dedi. Bahar məxluqatın bayramıdır. Biz də onların bayramında iştirak edək. Novruz günü çox sevincli halda idi...” (Son Şahitler 4-cü cild)

Nurçuların kitablarında Novruz həqiqəti (Araşdırma)

 Bunu da qeyd edək Səid Nursi özü əhli sünnə alimidir və əhli sünnənin Şafei məzhəbindəndir. Bunu özü öz kitablarında vurğulayır. Ey nurçular və Şafei məzhəbinin ardıcılları bütün bunlardan sonra yenə təəssüfkeşlik edirsiniz?

QEYD: Səid Nursinin Novruz bayramı  haqqında dediklərini daha çox mütaliə etmək istəyənlər qeyd etdiyimiz kitablara müraciət etsinlər.

Araşdırdı: İlahiyyatçı yazar/ Mahir Şəkərov

Administratorla əlaqə

077 611-55-22

[email protected]