Xəbərlər

12-ci mərtəbədən atdı, sağ qaldı - Bakıda

16-03-2017, 16:02
12-ci mərtəbədən atdı, sağ qaldı -  Bakıda
Lent.az xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsindəki binanın 12-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən o, hadisə vaxtı binanın həyətindəki ağacın üstünə düşüb və ölümcül olmayan xəsarətlər alıb.


Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayır. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.


Qeyd edək ki, ilkin məlumatda Ş.Səmədovun vəfat etdiyi bildirilmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]