Gündəm

“Sovetski”də güclü yanğın: Ölən var

27-01-2017, 19:57
Bakının “Sovetski” kimi tanınan ərazisində güclü yanğın tam söndürülüb.

Xeberman.com-un Report-a istinadən verdiyi məlumata görə, nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Eyni zamanda, hadisədə köməksiz vəziyyətdə qalmış iki nəfər də xilas edilərək xəstəxanaya çatdırılıb.

19:00

Bakının “Sovetski” kimi tanınan ərazisində yanğın nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yanıq xəsarəti alıb.

Xeberman.com-un Report-a istinadla məlumata, yanğın Yasamal rayonu, Həzi Aslanov küçəsi 1/17 ünvanında yerləşən 5 ailənin yaşadığı üçmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hazırda binanın sakinləri təxliyyə olunur. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 16 yanğınsöndürən maşını cəlb olunub.

Hadisə ilə bağlı qərargah yaradılıb.

Bundan başqa, yanğın baş verən binanın ikinci mərtəbəsində bir qadın, üçüncü mərtəbəsində isə bir kişi köməksiz vəziyyətdə qalıb. Onları xilas etmək üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Eyni zamanda, hadisə yerinə 3 təcili tibbi yardım maşını gəlib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]