Ölkə

Bu ərazilərində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ

13-02-2017, 15:28
Bu ərazilərində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Xeberman.com -a bildirilib.

Qurumdan qeyd edilib ki, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz-ölçü qovşaqlarında aparılan təmir-bərpa işləri ilə əlaqədar fevralın 13-də saat 09:30-dan 17:00-dək Sabunçu və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı, xüsusilə, diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]