İdman

"Qalatasaray"da növbəti zədə şoku

5-03-2017, 18:59
"Qalatasaray"ın məşqdə zədələnən futbolçusu Naycel de Yonq "Antalyaspor"la oyunda forma geyə bilməyəcək.

Xeberman.com Sport7.az-a istinadla xəbər verir ki, klubdan verilən açıqlamada Florya Metin Oktay təsislərində İqor Tudorun rəhbərliyi altında baş tutan mətbuata qapalı məşqdə zədələnən de Yonqun sağ arxa əzələsində orta dərəcədə burxulma aşkarlandığı bildirilib.

"Qalatasaray"da zədəli lan digər hollandiyalı ulduz Uelsli Şneyderin müalicəsinin ardından isə yüngül qaçışlarla məşqlərə başladığı bildirilib.

Bundan başqa "Antalyaspor"la oyunda zədəlilər Serdar Əziz, Şneyder və Koray Günterlə yanaşı vərəqə cəzalısı olan Podolski də forma geyməyəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]