Əsas Səhifə / İdman

“Qalatasaray” “Latsio” ilə bacarmadı

26-02-2016, 01:50
Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qalatasaray” ilk oyunda 1:1-lik bərabərə qaldığı "Latsio”nun qonağı olub.

Oyunda hesabı romalılar açıblar – 59-cu dəqiqədə Parolo fərqlənib. Cəmi 1 dəqiqə sonra Anderson fərqi artırıb. 62-ci dəqiqədə Türkiyə təmsilçisinin heyətində Öztəkin rəqib torunu silkələyib. Lakin 10 dəqiqə sonra Klozenin qolu sonuncu olub – 3:1.

Beləliklə, "Qalatasaray” turnirdə mübarizəni dayandırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]