Xəbərlər

“Krım Ukraynaya veriləcək” - Putinin eks-müşaviri

21-02-2017, 00:21

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin eks-məsləhətçisi Andrey İllarionov söyləyib.

“Bizim bildiyimiz yeganə dəqiq şey bu ərazilərin Ukraynaya qayıdacağıdır. Bilmədiyimiz yeganə məsələ isə bunun hansı şəraitdə, hansı model və sxem əsasında gerçəkləşəcəyidir. Bu ərazilərin Ukraynaya geri qayıtması Putinin prezidentliyi dövründə olmayacaq”, – keçmiş müşavir bildirib.

Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]