İqtisadiyyat

Rusiya Ukrayna konfetlərinin Azərbaycana tranzitinə qadağa qoydu

7-04-2016, 02:16
Rusiya Ukrayna konfetlərinin Azərbaycana tranzitinə qadağa qoydu

Ukrayna qənnadı məhsullarının Gürcüstan və Azərbaycana tranziti Rusiya Federasiyası tərəfindən qadağan edilib. 

Xeberman.com xəbər verir ki, bu barədə "Ukrayna qənnadı sənayesi” Assosiasiyasının prezidenti Aleksandr Baldınyuk bəyan edib. 

"Azərbaycan üçün nəzərdə tutulmuş təxminən 50-yə yaxın vaqon bir aydan çox Dağıstanın "Dərbənd” gömrük postunda saxlanılıb və yalnız aprelin əvvəlində onları Ukraynaya geri qaytarıblar. Bu günlərdə isə Rusiya gömrüyü Gürcüstan ilə sərhəddə "Lars” postunda bütün yükləri saxlayaraq bizim bu ölkəyə tədarükümüzün qarşısını alıb”, - Baldınyuk "İnterfaks”a bildirib. 

Onun sözlərinə görə, Rusiyanın müvafiq gömrük postlarının əməkdaşları Ukrayna qənnadı məhsulları üçün onların ölkələrinin ərazisindən tranzitinin hələ "Rospotrebnadzor” tərəfindən 2014-cü ildən tətbiq edilmiş sanitar embarqosuna görə qadağan edildiyini izah ediblər.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]