Gündəm

"Hərbi vəziyyət haqqında" qanun dəyişdi

14-02-2017, 19:19
Yeni hazırlanan "Hərbi vəziyyət haqqında" qanun layihəsi bu gün keçirilən plenar iclasda müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin I vitse spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Qanun layihəsi 5 fəsil 27 maddədən ibarətdir.

Yeni hazırlanan qanun Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Hərbi vəziyyətin elan edilməsinin əsas məqsədi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılmasıdır.

Müzakirələrdən sonra qanun layihəsi II və III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]