Ölkə

Ağcabədidə polis narkotik satır - İDDİA

26-03-2016, 10:04

Xeberman.com saytına Ağcabədi rayonundan şikayət məktubu daxil olub. Şikayətdə bildirilir ki, narkotik maddələrin satışı rayonda artıq ayaq açıb. Ən təəssüfləndirici hal isə, narkotik satışına Ağcabədi polis rayon polisinin nəzarət etməsidir. Adının açıqlanmasını istəməyən şikayətçinin məktubunu olduğunu kimi sizə təqdim edirik;

"Hörmətli redaksiya yazıb sizə bildirirəm ki, Agcabədi rayon Hindarx qəsəbəsində və Agcabədi rayon Şərəfxanlı kəndində narkotik maddələrin istifadəsi və satışı geniş vüsət alıb. Narkotik maddələrin satışına birbaşa Ağcabədi rayon polis idarəsi nəzarət edir. Rayon cavanlarının zəhərlənməsinin qarşısı tez bir zamanda alınmalıdır. Çünki cavanların əksəriyyəti bu zəhərə qurşanıblar. Sizdən xaiş edirəm məlumatı dərc edin. Adım və soyadımın qeyd olunmamasını sizdən bir daha xahiş edirəm.

Hörmətlə Agcabədi rayon Şərəfxanlı kəndi.

 

Xeberman.com qarşı tərəfin də fikrini dərc etməyə hazırdır.


Ağcabədidə polis narkotik satır - İDDİA

Administratorla əlaqə

077 611-55-22

[email protected]