Gündəm

İtkin düşən yol polisi tapıldı — Təfərrüatlar

4-02-2017, 19:09
Bu gün mətbuatda Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə getdiyi və yoxa çıxdığı barədə xəbər yayılıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, itkin polis artıq tapılıb.

Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb.

Sözügedən polis axtarılmağından xəbərsiz olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]