Ölkə

Ənvər Seyidov 19 il həbs verdi, məhkəmə qarışdı…

19-11-2016, 00:27
Ənvər Seyidov 19 il həbs verdi, məhkəmə qarışdı…

Noyabrın 18-də qətldə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində insident baş verib.

Hakim Ənvər Seyidovun sədrlik etdiyi məhkəmə heyəti E.Ağayevin 19 il müddətinə azadlıqdan məhrum olunması ilə bağlı hökm verib.

Təqsirləndirilən şəxsin prosesi izləyən yaxınları hakimlərin çıxardığı hökmə etiraz ediblər. E.Ağayevin qohumu olan qadın üzərinə benzin tökərək intihara cəhd edib. Zaldakılar intihara cəhdin qarşısını alıblar.

Məhkəmə prosesi Bakı sakini Ələddin Qarayevin ölümü ilə bağlıdır.

Ə.Qarayev Bakıdakı kafelərdən birinin sahibi olub. Təqsirləndirilən E.Ağayev həmin kafenin mühafizəçisi olub.

Aralarında yaranan mübahisə zəmnində E.Ağayevin Ə.Qarayevə və onun oğlu Əmrah Qarayevə bıçaqla xəsarətlər yetirdiyi bildirilir. Ə.Qarayevin həmin xəsarətlərdən öldüyü qeyd edilir. Lakin Qarayev Ələddinin həyat yoldaşı ərinin Elməddin tərəfindən deyil, Bəxtiyar Babayevin öldürdüyünü bildirir. Bu işdə müstəntiq onun övladlarını aldadaraq, Bəxtiyar Babayevlə barışığa imza atdırıb.

Təqsirləndirilən şəxsin yaxınları hökmü sərt sayırlar.

İntihara cəhdə gətirib çıxaran hökmü verən hakim Ənvər Seyidov bir müddət öncə başqa bir məhkəmə işində gündəmə gəlmişdi.

Ə.Seyidov keçmiş prezident Heydər Əliyevin heykəlinə şüarlar yazmaları ilə tanınan gənclərdən Qiyas İbrahimova narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum etmə cəzası vermişdi. Həmin işdə dövlət ittihamçısı Q.İbrahimova daha az – 9 il iş istəmişd

Administratorla əlaqə

077 611-55-22

[email protected]