12 min ədəd aşkar edilib - FOTO
Dövlət Gömrük
Komitəsi məlumat yayıb.
Tovuz Gömrük İdarəsininəməkdaşları 2 fakt üzrə 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən Xeberman.com - a verilən xəbərə görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında "Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.
Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 8 min ədəd siqaret aşkar edilərək götürülüb.
Azərbaycan Respublikası vətəndaşı olan daha bir şəxs isə minik avtomobilində ölkə ərazisinə 4 min ədəd siqaret keçirmək istəyib. Lakin gömrükçülərin sayıqlığı nəticəsində üzərində aksiz markası olmayan siqaretlər "Sınıq Körpü” gömrük postunda aşkar edilib.