İdman

UEFA nümayəndələri “Qarabağ”a görə gəlir

1-09-2016, 20:59
UEFA nümayəndələri “Qarabağ”a görə gəlirYoxlama olacaq

 

UEFA nümayəndələri bu gün "Qarabağ”a görə Bakıya gəlir.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, sabah onlar Avroliqanın qrup mərhələsinin "Qarabağ” – "Slovan” (Çexiya) oyununun keçirilməsinin nəzərdə tutulduğu "Dalğa Arena”, eləcə də əvvəlcədən qitənin ali futbol qurumuna sifariş olunan əsas arena – Tofiq Bəhramov adına Respublika stadionunun durumunu yoxlayacaqlar.

Qeyd edək ki, "Dalğa Arena” UEFA kateqoriyasının üçüncü dərəcəsinə aid olduğu üçün Avroliqanın qrup oyununu qəbul edə bilməz. Məsələ burasındadır ki, qrup oyunlarını qəbul etmək üçün stadion dördüncü kateqoriyaya aid olmalıdır. Hazırda "Dalğa Arena”nın meydançasında problem yoxdur. Amma tamaşaçı tutumunun azlığı (6700) səbəbindən stadion qrup oyunları üçün tələblərə cavab vermir. Qrup oyununu qəbul etmək istəyən stadionun ən azı 8 min tamaşaçı tutumu olmalıdır.

Bununla belə, "Qarabağ”ın oyununun "Dalğa Arena”da keçiriləcəyinə icazə veriləcəyi istisna olunmur. Çünki Tofiq Bəhramov adına Respublika stadionun meydançasının durumu hazırda qarşıdakı oyunu qəbul etməyə imkan vermir. Elə bu səbəbdən "Qarabağ” matçın "Dalğa Arena”da keçirilməsi üçü UEFA-ya müraciət edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]