Əsas Səhifə / Mədəniyyət

Stalinin məşuqəsi ( hekayə )

19-12-2014, 17:17

2 gün, 8 saat, 27 dəqiqə. Bu, qərarın elan edilməsinə qalan zamandır. Rəhbərin kommunist ideyaları ilə sadə xalqın arzuları tərs mütənasib idi. Güllələnmə hökmü vermək sevimli məşğuliyyətinə çevrilmişdi. Gənc şair azadlıq istəyinə görə həbs olunmuşdu, xalqın 3 sevimli şairi eyni gecədə zindanlara aparıldı. Onları sevməyənlər, uğurlarını qısqananlar , Stalinə casusluq edənlər də vardı. Xalq şairi adını almış ilk insan “ Kommunistə, salam ” şeiri ilə mövcud rejimə sədaqətini bildirmişdi. Uzun illər sonra üsyankar gənclər bu şeirin adını dəyişdirib “ Kommunistə salım ” etmişdilər. Ona çoxları inanırdı, qorxudan yaranan sevgi daha güclü olur. Bəziləri onun yaşanan haqsızlıqlardan xəbərsiz olduğunu düşünürdülər. 14- cü əsrdə İngiltərədə kütləvi çəpərləmələrə qarşı üsyan edən kəndlilər krala inanır , onun ədalətinə sığınırdılar. Düşünürdülər ki, kral məsələdən xəbər tutsa ilahi ədalət bərqərar olacaq. Azərbaycanda da vəziyyət buna oxşar idi. SSRİ – in ideoloji sistemi daha güclü idi. Hətta o qədər güclü idi ki, Nərimanovun ölümünə laqeyd yanaşan Azərbaycan xalqı Stalinin ölümünə ağlayırdı. Və orta məktəb müəllimləri şagirdlərinə deyirdi :
- Ay uşaqlar, hönkürün, ağlayın , heç bilirsiz Lenin baba öləndə biz necə ağlayırdıq ?
Xalq şairi ədəbiyyatı tərk etmədən casusluq fəaliyyətinə başladı. Stalinə atam deyən insan sevimli şair obrazına çevrildi. Ömür yoldaşı həbsdə olan gənc gəlin çarəsiz qaldı, görüşmək imkanı verilmədi. Rusiyada bir neçə qadını aldatdıqdan sonra xalq şairimizi doğma məmləkətə sürgün etdilər. Donoslar yazmaqla həyatını təhlükələrdən qorudu. Stalin tərəfindən təyin olunan casuslar ən azı beş nəfər xalq düşmənini Sovet hökümətinə təhvil verməli idi. Əgər dörd nəfəri təhvil verib 5 -ci insanı tapmasaydı, dörd nəfərdən sonra güllənən şəxs özü olurdu. Xalq şairimiz donoslar yazdı . Əgər 2012 cü ildə yaşasaydı gənclər ona deyərdilər:
- Yaz şair, yaz, doyunca yaz.
Bir neçə ziyalının məhvində əsaslı rol oynadı. Gənc şair də onun satqınlığı sayəsində həbs olundu.
Bağırov həmin 3 ziyalını xilas etməyə çox çalışsa da uğurlu nəticə qazanmadı. Zaman axaraq insan kədərindən yaranan dəryalarda batırdı. Güman etmişdi ki, güllələnmə qərarı veriləcək. Günahkar olduğunu etiraf etmiş, hüquqi sənədə imza atmışdı, çünki elin qəmli gəlinini öldürməklə hədələmişdilər onu. Xalq şairi onu daha böyük zövqlə satmışdı, çünki elin qəmli gəlininə aşiq olmuşdu. Amma ləyaqətli qadın heç zaman şirnikləndirici sözlərə aldanmadı. Xalq arasında söhbət dolaşırdı ki, Mikoyan da ona aşiq olubmuş. Bağırova imza atmaq üçün təqdim olunan sənədlərdə 2 ya 3 nəfər qeyd edilərdi, hansı ki, represiyya qurbanı olacaqları şəksiz idi. Lakin ölənlərin, güllənənlərin sayı daha çox olurdu. Mikoyan çalışırdı ki, Bağırovu nüfuzdan salsın. . Bağırov erməniləri rəhbər vəzifələrə təyin edirdi. O azərbaycanlıların satqınlığından daha çox qorxurdu. Xalq şairinin satqınlığı onun Azərbaycan xalqına inamını sarsıtmışdı. O vəzifədən imtina edə bilmirdi, çünki onun gedişi Azərbaycanlıların daha kütləvi şəkildə məhvi demək idi. Rəhbərə sadiq idi, bəzən partiya iclaslarında xalq şairinin Azərbaycan şeirini oxuyurdu:

...................................
ayrılarmı könül candan
Stalinli Azərbaycan.......
Xalq şairindən başqa gənc müttəhimin yaxın dostu və həmkarı da onu satanlardan biri idi. Hansı ki, sonradan poema yazıb öz xəyanətini misralarda dəfn etməyə çalışdı.
Qərar hətta elan olunmazdan əvvəl hər kəsə məlum idi. Güllələnmə - 29 yaşlı gənc şairin həyatına son qoydu, işıqlı dünyadan, dostdan – aşinadan, əngin fəzadan, oddan, Günəşdən beləcə məhrum oldu – oxu tar söyləyən cəsur insan. Oxuma tar, oxuma tar, səni sevmir proletar deyən şairsə 83 illik ömür yaşadı. Donoslar yazan şairsə rəhbərin ölümündən doğan kədərə dözə bilməyib xəstəliyə düşdü və 3 ildən sonra həyatla vidalaşdı. Dünya tarixində heç bir məşuqənin sevgisi bu qədər hədsiz olmamışdı.
Gənc şairin sevdiyi qadına ömürlük dul qaldı. Aşiqləri çox olsa da..

Elin qəmli gəlini,
Ömür saraldı, soldu.
Kədər əydi qəddini,
Hicran ruhuna doldu.

Nicat Həşimzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]