Əsas Səhifə / Gündəm

Bayrağı dama çəkdilər – “Bundan fərəh hissi keçiririk” (VİDEO

22-12-2015, 21:48
Bayrağı dama çəkdilər – “Bundan fərəh hissi keçiririk” (VİDEOZərdab rayonunda ticarət obyektinin dam örtüyü Azərbaycan bayrağının rənglərinə bürünüb.
2 ay müddətinə başa gələn bu iş yerli ustalar tərəfindən həyata keçirilib. Üst örtüyünün işlənməsi üçün zəruri olan materiallar isə paytaxt Bakıdan gətirilib. İndi ticarət obyektinin üzərindəki Azərbaycan bayrağı təsviri kənardan da insanların diqqətini çəkir. Elə məqsəd də rayona gələn qonaqların diqqətini Azərbaycanın dövlət rəmzinə yönəltməkdir.
Qıraqdan turistlərimiz yaxınlaşır və bunun haqqında bizdən sorğu-sual edirlər. Ən azından biz də bundan fərəh hissi keçiririk. Çünki bizim bayrağımız dövlət atributumuzdur. Bu bizim üçün də fəxrdir – deyə Zərdab rayon sakini Orxan Rəcəbzadə bildirib. (Region TV)

Administratorla əlaqə

077 611-55-22

[email protected]