Ölkə

Ağcabədi icra başçısını korrupsiya ifşası bitirir - Dəhşətli faktlar

14-12-2016, 17:20
Ağcabədi icra başçısı vəzifəsindən azad oluna bilər

Bu barədə Politika.Az-a yerli mənbələrdən məlumat daxil olub.İddialara görə, Şahin Məmmədovun zamanı çatıb və onun prezidentin etimadını doğrultmadığı hesab olunur. 

İcra başçısı aqrar sektoru inkişaf etdirməyib, rayona ayrılan pulları abadlıq yerinə, öz şəxsi həyatının abadlığına sərf edib, xarici investorları cəlb edə bilməyib. Bundan əlavə, Ağcabədi icra başçısı barədə müxtəlif kompromat materiallar və ittihamlar irəli sürülüb. 

İttihamlardan biri budur ki, Şahin Məmmədov Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirərək camaatdan alıb hansısa şirkətə satıb. 

Ş.Məmmədov belə güman edir ki, o bütün Ağcabədini sata bilər. Ağcabədi rayonun Kəbirli kəndindən də 2800 hektar torpaq satıb. 

Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti abadlıq üçün ayırdığı pulları mənimsəyib. Abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək Prezident tərəfindən milyonlarla ayrılmış pulları silib

Ağcabədi rayon Avşar kənd sakini Kərimov Elqayıt Heydər oğlunun müxtəlif dövlət qurumlarına müraciətində də deyilirdi ki, Ağcabədi rayon İcra Hakimiyyətinin fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilmiş və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirib. 

Politika.Az xatırladır: 

1.Pərioğullar kənd icra nümayəndəliyinə 13200 manat
2. Salmanbəyli kənd icra nümayəndəliyinə 9400 manat
3. Şahsevən kənd icra nümayəndəliyinə 4200 manat
4. Yeni Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat
5. Hacıbədəlli kənd icra nümayəndəliyinə 29200 manat
6. Hüsülü kənd icra nümayəndəliyinə 15800 manat
7. Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat
8. Hacılar kənd icra nümayəndəliyinə 9400 manat
9. Minəxorlu kənd icra nümayəndəliyinə 9400 manat
10. Ağcabədi şəhər icra nümayəndəliyinə 85500 manat
11. Şərəfxanlı kənd icra nümayəndəliyinə 6800 manat
12. Kəbirli kənd icra nümayəndəliyinə 8400 manat
13. Boyad kənd icra nümayəndəliyinə 22500 manat
14. Ağcabədi rayon təhsil şöbəsi 25299 manat
15. Ağcabədi rayon Mədəniyyət şöbəsi 102624 manat
16. Ağcabədi rayon Təhsil şöbəsi Cavid Kİ MMC 113890 manat
17. Ağcabədi rayon Təhsil şöbəsi Əzim 3M MMC 112910 manat
18. Ağcabədi rayon Mərkəzi xəstəxanası Tünzalə V MMC 86900 manat
19. Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi Ülkər H MMC 47950 manat
20. Rasmik MMC – 24812 manat
21. Ağcabədi şəhər icra nümayəndəliyinə 650462 manat”

Politika.Az xəbər verir ki, Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirib. Onun eyni zamanda Daşkəsəndə Xoşbulaq yaylağında bir villası, Bakı şəhərində isə sayı məlum olmayan villa, ev və obyektləri var. 

Hüsülü Qiyamaddınlı yolun təmirinə 5 milyon manat pul ayrılmış, həmin işi Ağcabədi rayon yol tikinti idarəsi tərəfindən görüldüyü halda həmin yolun tikintisini Şahin Məmmədova məxsus olan "Fərid MMC” tərəfindən sənədləşdirərək pullar mənimsənilib. 

Ağcabədinin gəliri 8 milyon 375 min olduğu halda icra başçısı rayona 24 milyon 855 min 832 manat guya vəsait xərclənməsi haqda sənəd təqdim etdirib. Arada qalan təxmini 16 milyon isə büdcədən dotasiya alıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]