İqtisadiyyat

Məmurlar bir ölkəni necə özəlləşdirdilər? - təhlil

7-12-2016, 23:46
Məmurlar bir ölkəni necə özəlləşdirdilər? - təhlil
Səmimi şəkildə etiraf edirəm ki, 90-cı illərdə "məmur kapitalizmi”, "nomenklatura kapitalizmi” kimi ifadələri bizim medianı gündəminə gətirərkən inanmazdım ki, bu fenomenölkəmiz üçün dəhşətli bir bəla olacaqdır. Əslində həmin ifadələri mən kəşf etməmişdim, mən də bütün bunları mərhum Y.Qaydarın bir kitabından oxumuşdum...

Qərəz, indi, necə deyərlər, deyilənlər gəldi başa və Azərbaycanda məmur kapitalizminin ən eybəcər forması yarandı. Hələlik ümumilikdə keçdiyimiz iqtisadiyolun detallarına varmadan onu deyə bilərəm ki, düz iki ildir dəhşətli böhranla çarpışırıq. Bu günlərdə daha bir bahalaşma dalğası oldu. Amma bundan da dəhşətlisi odur ki, hətta hökumətin öz üzvləri deyirlər ki, bu, hələ hamısı deyildir...  

İnsanlar da gözləmə vəziyyətindədir, hələ də ümid edirlər ki, hökumət vəziyyətdən bir çıxış yolu tapacaq. Hökumət isə "maliyyəsabitliyi” və ya  yeni antiböhran konsepsiyası deyilən sənəd üzərində iş getdiyini bildirir. 

Ammatəhlilçilərartıq bu fikirdədir ki, "yeni” iqtisadi konsepsiya heç də sosialyönümlü olmayacaq vəkəskin iqtisadi addımları nəzərdə tutacaq.

Elə indinin özündə dəsosial proqramlarıazca da olsa, genişləndirmək əvəzinə "qara camaatı” bayağı təbliğatla yedizdirməklə məşğuldurlar – elə danışırlar ki, guya, elektrikin, qazın bahalaşmasının "qara camaat”a nəinki ziyanı olmayacaq, hətta bir azacıq da xeyiri də dəyəcəkdir, çünki onu qənaətcilliyə öyrədəcək...

"Qara camaat” isə bunları səbrlə dinləməkdə və gözləməkdədir. Bəlkə də ölkədə demokratiya olsaydı,  "qara camaat”  səslərinn sahibi olsaydı, hökumətə təzyiq edər, səslərini ucuz qaza və elektrikə "dəyişər”, siyasətçilərlə və yaxud ki, siyasi partiyalarla istədiyi kimi "bazarlaşardı”... 

Amma o, bütün bunlardan məhrumdur. Elə bu səbəbdən də iradını və etirazını bildirmək əvəzinəaz qala hakimiyyətə qazın və işığın qiymətini qaldırdığına görə dua-sənaetməklə məşğuldur...

Kimdir günahkar? Təqsiri kimin üstünəataq? Mənim hökumətə münasibətim tamam bəllidr. Ona görə də ondan umacağım yoxdur və hesab edirəm ki, zəif, aciz və hətta bəzən obrazlışəkildə "liliput cəmiyyət” adlandırdığım toplumun hakimiyyətin və məmurların insafına ümid etməkdən savayıçarəsi yoxdur...

Hökumət vəonun məmurları isə insaflı deyil və heç olmaq da istəmirlər, çünki onların da "qayğı”ları var – bəli, bu adamlar dünyanın ən varlı adamları ilə yarışırlar ki, görək, kimin pulu və yaxud dasərvəti daha çox olacaq? "Qara camaat”heç onların yadına düşürmü? Yadlarına düşmək bir yana,biz "qara camaat” heç onların diqqətinə layiqikmi?..

Ona görə də mənim də bütün giley-güzarım özümüzlə, cəmiyyətlə bağlıdır. Çox aciz cəmiyyətik... Elə bu sətirləri yazanda Cənubi Koreyada baş verənlər yadıma düşdü. 

Bilirəm, dərhal deyəcəksiniz ki, axı, Şimali Koreya da var!..Tamamilə düzdür və bu konteksdə sizinlə mübahisə yapmağaheç həvəsim yoxdur və özümü də Koreya yarımadası üzrə mütəxəssis kimi sırımaq fikrim də yoxdur sizə... 

Amma inanın, Cənubi Koreyada dasərt rejimlər olub, onlar üçün də heç asan olmayıb, indi də asan deyil.Neçə aydır, insanlar israrla hakimiyyətəetirazlarını bildirirlər – demək istədiyim budur...
Bəs biz nə edirik? Nə düşünürük?.. Heç nə,hökumətdən nəsə tələb etmək əvəzinə biri-birimizin cibinə giririk–keyfiyyətdə aldadır, qiymətdə və ya çəkidə kələk gəlirik...

YAXŞI İŞLƏMƏK ÜÇÜN HÖKUMƏTİN STİMULU VARMI?..

Bütün bunlar bir tərəfə, kimsə düşünmür ki, bu zəncirvari bahalşama siyasətinin axırı necə olacaq? Axı təkcə bahalaşma ilə, malın və xidmətin qiymətini artırmaqla böhrandan çıxmaq olmur!..
Mənartıq sırf iqtisadi islahatlardan danışmıram. Ona görə ki, bu gün ölkədə baş verənlər yalnızbir iqtisadiböhran deyildir, həm də ciddi siyasi böhrandır, konkret idarəçilik fəlsəfəsinin böhranıdır. Ondan yalnız siyasi islahatlarlatamamlanan iqtisadi kursla çıxmaq olar...
Bəli, bilmək lazımdır ki, hökumətin yaxşı işləmək və ya böhrandan həqiqətən də çıxış aramaq üçün hər hansı stimulu yoxdur.Axı onlar niyə də cəmiyyət üçün işləməlidir?Bunu onlardantələb edənvarmı?.. 

Hətta bütün bunları da bircə tərəfə qoyuram. Bir neçə dəfə yazmışam ki, qeyri-demokratik siyasi sistemnə qədər iqtisadi səmərə verə bilərsə, məmurların tamahını nə qədər cilovlaya bilərsə, onları nə qədər işləməyə vadar edə bilərsə, artıq bunlara nail olunubdu. İndilikisə siyasi sistemin özünün islahına  ehtiyac duyulur...

Bu vaxtadəksistemin sərtliyi, onun sanksiyalarıdaha çoxcəmiyyətə və adi insanlara qarşı yönəlmişdi. İslahatlarınbaşlanğıcında bunu haradasa qəbul etmək mümkün idi. Çünki siyasi sabitlik olmasaydıiqtisadi islahatlarabaşlamaq, mülkiyyət münasibətlərini dəyişmək, kommunist iqtisadiyyatını demontaj etmək olmazdı. Amma indi çox vacibdir ki, həminsərtlik iniversiya olunsun və öz istiqamətini dəyişərək məmurlara qarşı yönəlsin və onlarıntamahını, iqtisadiyyata müdaxiləsini cilovlasın.

Ölkədəhazırda "məmur limiti” deyilən fenomen yaranıbdır. Açılımı da budur ki, hakimiyyətin və onun məmurlarının özəl maraqları hər şeyin – iqtisadi inkişafın, siyasi və iqtisadi islahatların önündə bir çəpər olubdur. 

Əslində hər adamın limiti var, hər adam nəyəsə yalnız özünə ziyan verməyəcək dərəcədə inkişaf etməyə imkan verə bilər. İndi bundan çıxış edərək, hakimiyyətin və onun məmurlarının imtiyazlarını, nələrə sahib olduqlarını bir daha yada salıb bir suala cavab verməyə çalışın: onlar əsl islahatlaraheç razı olarmı?..   

Ona görə də "Böhrandan necə çıxmaq olar?” sualının cavabı birmənalıdır. Dünya neft bazarındakı qiymət konyunkturası nəticəsində yarana bilən mövsümi mülayimləşmələri saymasaq,fundamental şəkildə böhran o vaxt bitəcək ki, hakimiyyət,heç olmasa, bircə həqiqəti qəbul etsin. O da budur ki, bazar iqtisadiyyatıməmurları varlandırmaq üçün vasitə deyildir...

AZAD SEÇKİ HÜQUQU QAYITMASA...

Cəmiyyətin də durumu qətiyyən qənaətbəxş deyil. Azərbaycan cəmiyyəti öz dərmanından imtina edən, başqa üsullarla sağalacağına ümid bəsləyən xəstəni xatırladır...
Deyirsən ki, ölkənin qurtuluşu kompleks islahatlardadır – iqtisadi islahatlar siyasi islahatlarla tamamlanmalıdı. Bunun cavabında qayıdırlar ki, əşi, demokratiya var da – jurnalistlər, iqtisadçılar yazır, danışır... 

Bəli, başa düşmək belə istəmirlər ki, tək yazmaq və danışmaq hələ demokratiya demək deyildir. Yazılanlara, deyilənlərəheç bir çürük qoz qədər diqqət və sayğı göstərilməməsi bir tərəfə, bilmək lazımdır ki, demokratiyanın sanksiyaları olmalıdır və bu sanksiyalar cəmiyyətin azad seçkilərdə, referendumlarda və sorğularda verdiyi qərarlardır. 

Bu gün Azərbaycanda demokratiyanın və azad iradənin sanksiyası yoxdur, çünki azad və ədalətli seçki yoxdur, müstəqil məhkəmə institutu yoxdur, demokratik və həqiqətən çoxpartiyalı parlament yoxdur. Ona görə də yazmağın və danışmağın da bircə quruş faydası və təsiri olmur...
Elə bu səbəbdən də problemlərimizinhəllini istəyiriksə, böhrandan fundamental bir şəkildə qurtulmağı arzulayırıqsa, ilk növbədə azad seçki hüququmuzu qaytarmalıyıq özümüzə...

Hüseynbala Səlimov,
istiqlal.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]