Müsahibə

"Maarifçiliyə Dəvət" İctimai Birliyinin sədri ilə MÜSAHİBƏ

4-12-2016, 21:10
"Maarifçiliyə Dəvət" İctimai Birliyinin sədri ilə MÜSAHİBƏ

"Maarifçiliyə Dəvət” İctimai Birliyinin sərdi Elçin Manafov "Hədəf14”-ə müsahibə verib.

 

İlk olaraq qısa arayış üçün qeyd edək ki, "Maarifçiliyə Dəvət” İB ötən ilin sonlarında təsis edilib. Təşkilatın sədri Elçin Manafovdur. O, uzun illərdir Azərbaycan ictimai həyatında, xüsusilə inanclı insanlar arasında müxtəlif fəaliyyətlər göstərib. Belə ki, bir neçə il islami maariflə məşğul olan Elçin Manafov AİP-in sədr muavini və sədr əvəzi vəzifələrini də icra edib.

Daha sonra isə "Maarifçiliyə Dəvət” İctimai Birliyinin təsisatçılarından olub və təşkilatın İH-nin yekdil qərarı ilə sədr seçilib.

İlk sualımız da məhz adıçəkilən təşkilatla bağlıdır.

-Sədri olduğunuz ictimai birliyin fəaliyyətində əsas məqsədi nədir?

 - Məqsədimiz ümumiyyətlə maarifçiliyin təbliğatıdır. Cəmiyyətə maarifçiliyin necə lazım olduğunu öz fərdi və ictimai həyatımızda görürük. Ölkədə güclü vətəndaş cəmiyyətinin qurulmasını şətrləndirən əsas amillərdən biri də məhz  maarifçilikdir. Maarifçilik ictimai həyatın ayrılmaz hissəsidir. Biz müxtəlif elmi sahələrdə, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və düzgün inkişafı istiqamətində mariflənləndirmə işlərinin keçirilməsini nəzərdə tuturuq.

 

Gördüyünüz işlər, hətata keçirdiyiniz tədbirlər barədə nə deyə bilərsiniz?

- Gördüyümüz işlər təşkilatımızın məqsəd və vəzifələrinə uyğun olaraq hazırlanmış fəaliyyət planı istiqamətində reallaşır. Həyata keçirdiyimiz tədbirlərdə maarifçili dəstəkləyən təcrübəli şəxslərin, elm adamlarının, ictimai xadimlərin bacarığından bəhrələnməyə çalışırıq. Bu baxımdan xalqımızın milli-mənəvi dəyərləri, dini heysiyyatı, ictimai münasibətlərdəki zəruri məsələləri, vətənpərvərli bizim fəaliyyətimzdə prioritet təşkil edir.

 Düşünürük ki, indiki halda xüsusilə belə bir təbliğata ehtiya var. Vətəndaşlar vətənə bağlı olmaladır, vətənin həm xoş, həm də çətin günündə həmrəy, bir-birinin dərdini bölüşməyə hazır olmalıdır.


Fəaliyyətiniz təkcə paytaxt Bakıdadı, yoxsa başqa əraziləri də əhatə edir?

  -  Təşkilatımızın nizamnaməsində də göstərildiyi kimi fəaliyyətimiz ölkəmizin bütün ərazisini nəzərdə tutur. Gördüyümüz işlər, keçirdiyimiz tədbirlər də bunu bir daha sübut edir. Belə ki, 1 il bir təşkilat üçün qısa müddət sayılsa da biz bu müddət ərzində respublikamızın müxtəlif rayonlarında tədbirlər keçirmişik. Bunlara misal olaraq xalqımızın əlamətdar günlərinin qeyd edilməsini, milli qərmanlarımız ziyarəti, el ağsaqqalları ilə görüşləri və b. deyə bilərəm. 

Həmçinin onu da qeyd edim ki, həmin yerlərin bir neçəsində yerli vətəndaşlarımız öz yığıncaqlarını təşkil etmiş və "Maarifçiliyə Dəvət” İctimai Birliyinin yerli şöbəsi olaraq təşkilatımıza qoşulmuşlar.

 

Təşkilatın şöbələrindən söz düşmüşkən, həmin qurumların fəaliyyəti nə dərəcədə aktivdir?

 -   "Maarifçiliyə Dəvət” İctimai Birliyinin həm paytaxt Bakının rayonlarındakı, həm də regonal rayonlarındakı şöbələri fəaliyyətləri çərçivəsində mütəmadi olaraq toplantılar təşkil edir, tədbirlər keçirir. Onların üzvləri də ağsaqqallar, təcrübəli inanclılarla yanaşı həm də çox həvəsli və fəal gənclərdən təşkil olunub.

Onu da xatırladım ki, xanımların çoxsaylı müraciətlərindən sonra biz "Maarifçiliyə Dəvət” İB-nin qadınlarla bağı iş planını da hazırladıq. Belə ki, yaxın gələcəkdə qadınlardan ibarət qurum da fəaliyyətə başlayacaq. Təbii ki, onun da fəaliyyəti AR Konstitusiyası və "Maarifçiliyə Dəvət” İB-nin nizamnaməsinə uyğun olacaq.

Bir daha vurğulayım ki, gördüyümüz və görəcəyimiz bütün işlər xalqımızın birliyi, cəmiyyətimizin inkişafı, dövlətimizin əmin-amanlığı, milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətindədir və həmişə belə də olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]