Gündəm

Akif Çovdarovun təqsirsizlik prezumsiyası…

27-11-2016, 15:49
Akif Çovdarovun təqsirsizlik prezumsiyası…

Bu gün saytımızın elektron poçtuna həbsdə olan general Akif Çovdarovun təqsirsizlik prezumsiyasını müdafiə edən məktub daxil olub. Uzun zamandır Çovdarov barədə 24saat.org saytında dərc olunan yazıları nəzərə alaraq Musa Qarayev adlı şəxsin bu yazısını qarşı tərəfin cavab haqqı kimi qəbul etdiyimizdən həmin məktubu olduğu kimi dərc edirik:

MTN işi üzrə təqsirləndirilən general-mayor Akif Çovdarovun haqqinda uzun zamandan bəri müxtəlif media orqanlarinda dәrc edilən müxtəlif bir-birini təkzib edən ittihamlar diqqətimi hədsiz çəkdi.


Akif Çovdarov kimdir?Ömrünü dövlətçiliyə həsr etmiş uzun zamanlar daxili işlәr və milli təhlukəsizlik nazirliklərində mühim vəzifələrdə çalışmış general haqqında bir anın içində hər kəsin hər sektora mənsub olanların belə acımasız hücumu dolaşıq ittihamları mənim diqqətimdən yayına bilməzdi.

 

O Gürcüstanın marneuli rayonunda maarifçilik sahəsində xüsusilə tanınmış, sayılıb-seçilmiş ziyalı müəllim ailəsinin övladıdır. Uğurla ali təhsil almış, Azərbaycanda əmək fəaliyyətinə ədliyyə orqanında başlamışdır. Çovdarov penitensiar xidmətdə çalışmış, həmən idarənin rəis müavini vəzifəsinə qәdәr yüksəlmiş, sonra MTN-də fəaliyyətə başlamışdır. Daha sonra MTN-də son tutduğu və azad edildiyi nəqliyyatda tәhlükәsizlik idarəsinin rəisinə qədәr yüksəlmişdir. Haqqında çox yazıldığına görə bu hissələrdən ötəri keçirəm. O, xidmət etdiyi dönəmdə müxtəlif mükafatlar, fəxri fərmanlar almış, müxtəlif orden və medallarla təltif edilmişdir. Eyni zamanda anlamalıyıq ki, belə mühüm vəzifələrin daşıyıcısı olmuş belə hörmətli bir ailənin övladı olmuş şəxsin yaşayış üçün hər bir şəraiti var idi. Olmağı da labüd idi. Bu gün əhalinin çətin həyat tərzinə köklənmiş çirkin informasiyalarla beyinləri bulandırmaq niyyəti ilə dövrüyyəyə buraxılan cani, soyğunçu qatil obrazı görəsən kimə lazımdır, hansı mətləbə xidmət edir?

Eynilə bu, ssenarilər üzrə ittihamlar daha öncələr də həbs edilmiş, daha üstün vəzifələr tutmuş nazirlərdən Fərhad Әliyev, Әli İnsanov və başqalarına da edilmişdi. Mənsubiyyətindən asılı olmayaraq sonralar əksər iddiaçı yandaş media strukturları ittiham etdikləri kimi ağlama əməliyyatlarını həyata keçirmiş, hətta onları siyasi məhbus, vicdan məhbusu kimi təqdim etməkdən belə çəkinməmişdilər. Azərbaycanın öz qaydalatrının öz standartlarının olduğunu hər kəs bilir. Әn yüksək səviyyədə bunun elan edilməsindən də hәr kəs xəbәrdardır. Bal tutan barmaq yalayar misalı bizim dədə baba misalımızdır. Mənim məqsədim generalı tamamilə durulamaq deyil.

Təbii ki, baş verən proseslərdə hər hansı bir təqsiri varsa mütləq təqsirləndiriləcək, qəbul edəcək müvafiq cəzasını da çəkəcək. Amma biz demokratıqsa, hüququn aliliyin düşünəniksə, nəyə görə təqsirsizlik prezumpsiyasını unuduruq? Nəyə görə hələ məhkəmə qaydasında rəsmi təsdiqlənməmiş ittihamlar üzrə (hansi ki, hələ o rəsmi ittihamlarda hər hansı bir qətldən, hər hansı bir başkəsmədən, cəlladlıqdan söhbət getmir) şəxsi cəllad, başkəsən, soyğunçu, quldur deyə hamılıqla üzərinə hücum etmişik. Bu yıxılana balta çalmaq deyilmi?

Məgər bu ittihamları edərkən biz düşünə bilmirikmi bütün səsləndirilənlər bir nəfərin fəaliyyəti ola bilməz və ya heç kimin xəbəri olmadan həyata keçirilə bilməz? O zaman nədən biz fiziki durumundan, səhhətindəki ciddi problemlərindən əziyyət çəkən, fundamental yaşama hüququna təsirsiz ötüşməyən münasibətlə qarşı-qarşıya qalan bir təhlükəsizlik generalına qarşı bu qədər acımasızıq? Uzun illərin məşəqqətinin xıncını, ondanmı çıxmalıyıq?

Bəzən sizə elə gəlmirmi ki, bütün bu baş verənlər, səsləndirilən ittihamlar hədəf dəyişdirmədir. Cibsoyanlardan diqqəti yayındırmaq üçün kəndirdəkini işarə edən bir sirk tamaşasıdır. Generala olan acımasız münasibəti dəyişməyin vaxtıdır. Onu ittiham edən ara siyasətçilərinin hətta bəzi ara məmurlarının mövqeyinə baxsanız, təftiş etsəniz özünüz də bunun şahidi olacaqsınız. Generalın üzünə durmaq üçün şahid qismində dindirilən hal hazırda məhbus olanları qırağa qoyaq. Hələ ki, ittihamlar səsləndirən iki məmurdan danışaq.

Biri Әhəd Abıyev. Onun cəmiyyət içərisində hansı mövqeyə sahib olmağı ilə nələr əldə etdiyi hər kəsə bəllidir. İnsanlar içərisində də birmənalı qarşılanmayan bu şəxsin, generala "cinayətkarsan, mötəbər yerdə təsadüfi adamsan” deməsi sizə gülünc görünmədimi? Onun tutduğu icra başçısı vəzifəsi üçün son dərəcədə təsadüfi adam olduğunu bütün cəmiyyət bilir. Görünən də odur ki, general körpü söhbətinin üzərinə getmiş olmasaydı o, körpünün indi uçmuş bir tikili olacağını bilmək elə də alimlik tələb edən bir meyar deyil.

Bir də hörmətli Tağı müəllim. Maaşı ilə 3000000 verən, sonra buna görə zərərçəkmiş olan müəllimin nə böyük maaşı varıymış. Müxtəlif iri mülklərin, çoxsaylı ticarət obyektlərinin sahibi Tağı müəllimin sən demə maaşı o qədər böyük imiş ki, dəyəri on milyonlarla ölçülən əmlaka eyni zamanda verdim dediyi 3000000-u yığmağa çatırmış. Generalın başçılıq etdiyi idarənin səlahiyyətləri daxilində olan hesablaşmalara iqtisadi cinayətlərə nəzarətə görə bu adamlarla təmas etməsi labüd idi.

O, sadə vətəndaşların atasına güllə atıb qatil obrazı qazanmayıb.

Musa Qarayev

Administratorla əlaqə

077 611-55-22

[email protected]