Reportaj

Qaradağ rayon Su Kanal idarəsi vətəndaşları necə aldadır?

17-08-2016, 22:25
Dövrü mətbuatda mütəmadi olaraq məmur özbaşınalığı, məmurların vətəndaşları aldatması, artıq ödənişlər tələb etməsi, vətəndaşın cibinə girməsi ilə bağlı daima yazılır. Bu ölkədə məmur vətəndaşın cibinə girməyin elə yollarını axtarıb tapır ki, heç vətəndaşın "ruhu da incimir”. Bəzən iri korrupsiya halları daha çox araşdırılsa və qabardılsa da, məmurların vətəndaşın cibinə girərək oğurladıqları kiçik pullar yaddan çıxır. Məhz vətəndaşdan oğurlanan bu pulları bir yerə toplaynada çox ciddi və böyük rəqəmlər ortaya çıxır. Heç kimə sirr deyil ki, məmur maaşının həddindən artıq az olduğunu bilən insanlarımız daha çox məmur posutuda əyləşməyə can atır. Hətta rüşvət bahasına olsa belə. Sivil, demokratik ölkələrdən fərqli olaraq Azərbaycanda məmur olmaq xalqa xidmət göstərmək deyil, vətəndaşı talamaq üçün bir vasitədir, səlahiyyətdir, gün-güzəranı yaxşılaşdırmaqdır. Bizim məmurların xarakterinə uyğun olan "Bal tutan barmaq yalar” məsəlini də elə daha çox cibinə girilən vətəndaşlarımızdan eşidirik. Bu yazımızda bal tutan "Azərsu” ASC-nin Qaradağ rayon Su Kanal idarəsidir. 

Redaksiyamıza "Azərsu” ASC-nin Qaradağ rayon Su Kanal İdarəsi tərəfindən Qaradağ Rayon 2-ci massiv (lökbatan qəsəbəsi) ev 18-də yaşayan vətəndaşa verilrilmiş hesab fakturası təqdim edilib. 11 iyun 2016-cı il tarixə yazılmış həmin hesab fakturasında maraqlı faktlara rast gəldik. Sayğac qoyulmadığı üçün ailə tərkibi 2 nəfər göstərilən sənəddə su sərfiyyatı 10 kub metr (1 nəfər üçün aylıq istehlak norması 5 kub metr nəzərdə tutulurr), içməli su üçün 1 kub metr 35 qəpik, tullantı suları üçün isə 15 qəpik göstərilib və dövrü borc isə 8.5 manat hesablanıb. Buradan da belə qənaətə gəlinir ki, adı çəkilən idarə sadəcə bir abonentə 3.5 manat artıq borc yazımaqla maxinasiyaya yol verir və vətəndaşları aldadır.Nəzər alsaq ki, hələ də həmin rayonda abonentlərin çox hissəsinə sayğaç quraşdırlımayıb bu ay ərzində ciddi məbləğdə yeyintiyə yol verməkdir.
Xeberdar.net məsələ ilə bağlı Qaradağ rayon Su Kanal İdarəsindən telefon vasitəsilə münasibət öyrənib. İdarənin müştəri xidmətindən özünü Gülçin xanım kimi təqdim edən əməkdaş suallarımızı cabalandırarkən qeyd etdi ki, vətəndaşın həyətində iki sot torpağı var və torpağın hər sotuna 1 manat əlavə su pul yazılıb. 
Qaradağ rayon Su Kanal idarəsi vətəndaşları necə aldadır?
Biz isə əməkdaşın nəzərinə çatdırdıq ki, sənəddə artıq yazılan 3.5 manatın pulun təyinatı göstərilməyib və vətəndaşdan alınan ödəniş şəffaf olmalıdır.
"Doğrudur sənəddə göstərilməyib, amma yeni borc fakturası hazırlanır , və həmin sənəddə təyinat şəffaf göstəriləcək.” deyə idarənin xanım işçisi bildirdi.

Qaradağ rayon Su Kanal İdarəsinin əməkdaşı ilə telfon söhbəti zamanı başqa bir ziddiyətli məqam da ortalığa çıxdı. Bu məqam bir daha vətəndaşdan qanunsuz pul yığılmasını təsdiq etdi. Gülçin xanımın komputerə baxaraq vətəndaşın ümumilikdə idarəyə 40 manat borcu olduğunu bildirdi. Borc fakturasında isə göründüyü kimi vətəndaşın borcu 70.07 manatdır. Fakurada yazılan məbləğlə komputerdə yazılan məbləğ arasında nə az, nə çox düz 30 manat fərq var. 

Qeyd edək ki, 13 may 2016-cı il tarixdə Azərbaycan Tarif (qiymət) Şurası "Azərsu” ASC-nin müraciəti əsasında bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiqləyib.

Xeberdar.net.

Administratorla əlaqə

077 611-55-22

[email protected]