Əsas Səhifə / Media

Ümumiyyətlə bu məsələ tək məni deyil, bütün Şirvan şəhər infrastrukturasını narahat etməlidir!

26-02-2015, 16:28

Oxucularımızın diqqətinə "XalqXeber"in aran bürosunun rəhbəri Elçin Mehtiyevin (Vətənoğlunun) bu gün redaksiyamıza təqdim etdiyi "ƏƏSMM-nin Şirvan şöbəsində "SOS" həyacanı"! adlı məqaləni olduğu kimi nəzərinizə çatdırırıq.;
Son dövrlərdə, ƏƏSMM-nin Şirvan şəhər şöbəsinin iki "işbazı" Elşən Əlifağa oğlu Hüseynovun və Nazim Hüseynovun "mütəşəkkil plan" əsasında birləşərək Şirvan şəhər sakinlərindən rüşvət almaqla məşğul olmaları barədə mənə şəhər vətəndaşları tərəfindən müxtəlif tərkibli şikayət məktubları daxil olur.. Belə ki, ünvanlı sosial yardım və ya bu yönümlü dövlət qayğılarının yalnız rüşvət veriləcəyi təqdirdə düzəldəcəklərini bəyan etməkdən qorxmayan bu iki məmur açıq-aşkar, müvafiq preyskurant əsasında əhaliyə "xidmət göstərir".. Vətəndaşlara aqressiv şəkildə cavab verən, onların şərəf və ləyaqətlərini alçaldan Elşən Hüseynovun özbaşına hərəkətlərinin həddi-hüdudu yoxdur!! Ən acınacaqlısı isə budur ki, O, rüşvət aldığını qəti şəkildə inkar etmir.. Görün necə də sarkazm yaradan bir məsəlir.. Hər gün zavallı şəhər sakinlərinə qeyri-adekvat olduğunu büruzə verən bu məmur, görəsən kimə arxayındır?? Görəsən ona vətəndaşları incitmək, aldatmaq və təhqir etmək kimi "səlahiyyətləri" kim verib!!? Çörəyini yeyib suyunu içdiyi Şirvanına, elinə-obasına xilaf çıxan bu məmura, görəsən konkret olaraq kimlər havadarlıq edir!!?? Bir vaxtlar Şirvanda qılıncının dalı da, qabağı da "kəsən" bank müdiri Ərəbxan dayısımı?? Və yaxud da, qatı nurçu olan, Ölkə təhlükəsizlik orqanları tərəfindən ifşa olunaraq hal-hazırda layiq olduğu cəzanı çəkən "astroloq" İlham Mirzəyev olan bibisi oğlumu!!??
Ümumiyyətlə bu məsələ tək məni deyil, bütün Şirvan şəhər infrastrukturasını narahat etməlidir!! Çünki, verdiyi rüşvət müqabilində tutduğu vəzifəyə təyin edilən Elşən Hüseynov kimi dövlət "məmuru", istənilən halda emosiya və ambisiyaları ilə tək Şirvan vətəndaşları üçün deyil, bütünlükdə Ölkə Ali Qanunvericiliyinə potensial bir təhlükədir..
Mən üzümü ƏƏSMM-nin rəhbərliyinə tutub deyirəm; nə qədər ki, belə məmurlar ölkə vətəndaşlarını incidərək onların Azərbaycan rəhbərliyinə olan inamını azaldır, hökümətin qeyri-konstruktiv olmasını süni şəkildə inandırmağa çalışır, bu ölkədə birlik adlı ideyalar olmayacaqdır!!
Ulu öndər Heydər Əliyev demişkən;
"Həyatda şərəflə-şərəfsizliyi, şəxsi rifahla-ictimai borcu, tamahkarlıqla-vicdanlılığı hər kəs özü seçir..!!

Xalqxeber.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]