Foto Fakt

“İnci Market” vətəndaşları belə aldadır- FOTOFAKT

2-02-2016, 00:53
“İnci Market” vətəndaşları belə aldadır- FOTOFAKT

"İnci Market”dən bazarlıq edənlərin diqqətinə: Vitrindəki qiymətlərlə kassadakı qiymətlər eyni deyil

Ölkədə fəaliyyət göstərən iri marketlərin sayı günü-gündən çoxalır. Demək olar ki, hər addımda iri marketlərə rast gəlmək mümkündür. Lakin aparılan müşahidələr göstərir ki, marketlərin sayının çoxluğu onların keyfiyyətli xidmətindən xəbər vermir. Əksinə, bu marketlərlə bağlı şikayətlər, müştəri narazılığı günü-gündən artır. Haqsızlığa uğrayan vətəndaşlar bu problemləri mətbuatda işıqlandırmaya üstünlük verirlər. Buna görə də, mətbuatda iri marketlərin vətəndaşları aldatması ilə bağlı az qala hər gün məlumat görmək olar. Qafqaznews.az-a ünvanlanan ən çox şikayətlərdən biri də, vitrindəki qiymətlərlə kassadakı qiymətlərin eyni olmamasıdır.IMAG0388

Bu cür hallar dəfələrlə baş verib. Lakin manatın devalvasiyasından sonra, bu cür hallara daha çox rast gəlinir. Dolların qalxmasından sonra işbazlar bundan istifadə edərək vitrində köhnə qiymətlər saxlayaraq müştəriləri ucuz qiymətlə cəlb edirlər, ancaq k
assada isə yeni və baha qiymətlə pul tələb edirlər. Vətəndaş isə buna fikir vermədikdə öznünün də xəbəri olmadan aldanır və daha çox pulu alınır. Qafqaznews.az saytına müraciət edən vətəndaşlardan birinin dediyinə görə, müştəriləri bu cür aldadan marketlərdən biri də "İnci Market”dir. Vətəndaş şikayətində Bakı şəhəri Nərimanov rayonu Ak.H/Əliyev küçəsi 90A, "Gənclik” metrosunun yaxınlığında yerləşən "İnci” market tərəfindən aldadıldığını bildirir. Vətəndaş bildirir ki, artıq eyni marketdə bir
neçə dəfə aldadıldığını görüncə, mətbuatda işıqlandırılmasını istəyib.

"Təxminən iki -üç həftə öncə, bu marketdən çay almaq istədim, götürmək istədiyim çay vitrində 1.05 AZN idi. Çayı götürüb kassaya yaxınlaşdım, kassada 1.60 AZN pul tələb etdilər. Mən bununla bağlı marketin müdirinə qarşı narazılığımı bildirdikdə isə səhvlərini anlamaq əvəzinə məni borclu çıxardılar. Bu günlərdə isə bu hadisə ilə yenidən rastlaşdım. Həmin axşam yenidən həmin marketdən rulet alıb kassaya yaxınlaşdım, vitrində həmin ruletin qiyməti 1,20 manat olduğu halda kassada 2,30 manat göstərdi və məndən 2,30 manat tələb olundu.

IMAG0390Mən də məcburən 1.20 AZN olan şirniyyatı 2.30 AZN  qiymətinə aldım. "İnci Market” bu yollarla vətəndaşların cibinə girir, vətəndaşların da çoxunun bundan xəbəri olmur”. Vətəndaşın şikayətindən görünür ki, adi bir şirniyyatda hər vətəndaşdan 1.10 manat artıq pul tələb olunur. Marketə gündə yüzlərlə vətəndaşın gəldiyini nəzərə alsaq, gün ərzində hər vətəndaşın cibindən bir neçə manat oğurlansa… ay ərzində bu marketin vətəndaşlardan minlərlə manat həcmində əlavə qazanc qopardığını görərik. Bu məsələyə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov belə şərh verdi:9263_src

"Bu problem yeni deyil, supermarketlər yaranandan başlanan problemdir bu, istehlakçılara müasir texnologiya ilə satış tətbiq olunduqca, daha çox pul qoparmaq üçün həyata keçirirlər. İlk təcrübə "Neptun” marketlər şəbəkəsində olub. Dəfələrlə faktlarla dövlət orqanlarına müraciətlər eləmişik, bütün halarda deyirlər ki biz müəyyən etmədik. Bizə hər gün bu cür şikayətlər gəlir, bir qayda olaraq vitrində olan qiymət aşağı olur, kassada olan qiymət isə baha olur. İstehlakçı narazılıq bildirəndə isə deyirlər ki, "yadımızdan çıxıb”.

Belə halda Azad İstehakçılar Birliyi iş aparır, istehlakçıları maarifləndirir. Birincisi, istehlakçının hüququ var ki, vitrində gördüyü qiyməti ödəsin, əgər ona razı olmazlarsa, onda mağazanın müdiriyyətinə iradını bildirməlidir  və öz iştirakı ilə qiymətin dəyişikliyinə nail olmalıdır. Əgər bunu da etməzlərsə, onda istehlakçı mütləq  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  "Qaynar xətt”inə  zəng edib məlumat verməlidir”. E.Hüseynov qeyd edib ki, burda törədilən əməl istehlakçıların aldadılmasıdır: "Nazirlər Kabinetinin 95 saylı qərarı ilə malların üzərində məsul şəxsin imzası olan qiymət olmalıdır və ona uyğun istehlakçı pul ödəməlidir. Əks halda dövlət orqanları bu işə qarışarsa, bu ticarət obyektinə minimum 1500 manat cərimə gözlənilir”.

Araz Məmmədov

Qafqaznews.az

IMAG0387

IMAG0389

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]