Avto

Bu dəfə kollec direktorunun oğlunun bahalı maşınları tapıldı - Təfərrüatlar

1-05-2016, 02:27
Nəriman Mövsümovun SOCAR-da çalışan övladı qiymətli avtomobillər bir neçə yüz min manat xərcləyib

Son günlər məmur övladlarının bahalı maşın kolleksiyasına sahib olmasına dair çeşidli məlumatlar yayılır. Xeberman.com jam.az-a istinadən xəbər verir ki, toplam qiyməti bir neçə milyon manatla ölçülən avtomobilləri hansı imkanlar hesabına əldə etdikləri gün kimi aydın olan məsələdə artıq proses icra başçılarına qədər uzanıb.

Belə ki, iri çinli məmurlardan heç də geridə qalmayan rayon rəhbərlərinin övladları da qiymətli maşınları ilə Bakıda şütüməklə yanaşı, həm də onların sayını artırmaqla məşğuldurlar. Lakin proses icra başçıları ilə də yekunlaşmır. Məlum olur ki, bahalı maşın kolleksiyasına sahib olanlar arasında təhsil işçiləri də var.

1 saylı Bakı Tibb Kollecinin direktoru Nəriman Mövsümovun oğlu da kifayət qədər maşın aludəçisi imiş. Onun qarajında bir neçə avtomobil olduğu, onların toplam dəyərinin bir neçə yüz min manat olduğu vurğulanır. İddia edilir ki, oğul Mövsümov özü SOCAR-da adi işçidir və bu şansı da babası, deputat Ağacan Əbiyev sayəsində yaxalayıb.

Qeyd edilir ki, kollec direktorunun oğlunun sürdüyü ən bahalı maşın «Gallenvagen»dir. Dəyəri 140 min dollar olan avtomobili Bakıda hər oğlan ürək edib sürə bilmir. «Porşe» marakalı avtomobil də kolleksiyada var. Mənbə iddia edir ki, Nəriman Mövsümov övladının sözündən çıxmayaraq, ona daha bir neçə maşın alıb. Hazırda həmin avtomobillərin adlarını dəqiqləşdirməyə çalışırıq.

İcra başçısı və iri çinli məmurların bahalı maşınları hansı imkanlar hesabına əldə etdikləri məlumdur. Lakin kollec direktoru Nəriman Mövsümovun belə geniş maliyyə imkanlarına malik olması sözün həqiqi mənasında sensasiya doğurur. Görünür, kollec direktoru tenderlər, tələbə qəbulları, habelə imtahanlarla bağlı ciddi «tədbirlər» görüb. (jam.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]