Əsas Səhifə / Siyasət

Deputat hansı icra başçısına maşın hədiyyə edib?

17-01-2016, 09:47
Deputat hansı icra başçısına maşın hədiyyə edib?
Yeni təyin olunan icra başçılarına rayon rəhbərliyinin və iş adamlarının hədiyyələr aparması adət halını alıb. "Xoş gəldin” hədiyyəsi təyinatdan sonrakı ilk mərhələ sayılır.

Millət vəkili, Yeni Azərbaycan Partiyasının Qaradağ təşkilatının sədri, Maliyyə Nazirliyinin Səbail rayonu üzrə Xəzinədarlıq İdarəsinin keçmiş rəisi olan Aydın Hüseynov bu sahədə digərlərini təəccübləndirməkdədir. Belə ki, hazırda xəzinədarlığa baxmasa da, icra başçıları ilə dostluq əlaqələrini yüksək səviyyədə saxlamaq üçün maşın hədiyyə edir.

Onun Səbael rayon icra hakimiyyətinin başçısı Eldar Əzizovun qəbuluna bahalı avtomobilin açarları ilə getdiyi vurğulanır. Eyni zamanda onun bu taktikadan Qaradağda da yararlandığı iddia olunur. Qeyd olunur ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla dostluq əlaqələrinin qurulmasının təməlini də xarici avtomobilin açarları ilə atıb.

Aydın Hüseynovun bu yolla həm Qaradağda, həm də Səbaeldə bütün qaranlıq işlərə "hamilik” etmək imkanı qazandığı söylənilir.

Millət vəkili ilə əlaqə saxlayaraq, mövqeyini öyrənmək istəsək də, bizdə olan heç bir nömrəsinə zəng çatmadı. Lakin yenə də arzu edərsə, cavab haqqını yayınlamağa hazırıq.(azerinfo.org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]