Gündəm

Məmurların bahalı qol saatları: MARKALAR

8-03-2016, 21:28
Kərəm Həsənov 100 min dollarlıq, Elmar Vəliyev isə yarım milyonluq saatları qollarında gəzdirirlər 

Azərbaycanda məmurların bahalı əşya kolleksiyasına maraq göstərdikləri kimsəyə sirr deyil. Hələ 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və sabiq səhiyyə naziri Əli İnsanov həbs olunanda onların evlərindən fil sümüyündən hazırlanmış şahmatlar, bahalı suvenirlər, kilolarla qızıl külçələri, habelə dəyəri milyonlarla manatla ölçülən rəsm əsərləri çıxmışdı. O zamanlar cəmiyyətə təəccüblü gələn bu məsələlər sonradan adiləşməyə başladı. Səbəbi də məmurların bahalı kolleksiyalar yığmaq üçün milyonlar xərcləməsiydi. 
MARKALAR
Politika.Az xəbər verir ki, son günlər bu məsələylə bağlı iki məmurun adı daha çox gündəmi zəbt edib. Onlardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. 1-ci dərəcəli dövlət müşaviri olan komitə sədrinin aylıq əmək haqqısı 1750 manatdır və onun 8 illik vəzifə müddətində toplam maaşı 168 min manat təşkil edir. Amma cənab Həsənovun qoluna taxdığı saatlardan birinin qiyməti 100 min dollardır. Və dövlət məmurunun bu qədər bahalı qol saatını hansı pulla aldığı isə müəmmalı məsələ deyil. 
MARKALAR
Ona görə ki, Kərəm Həsənov Azərbaycanın ən varlı məmurlardan biri sayılır. Onun Eldar Mahmudovla biznes şərikliyindən tutmuş, qardaşının deputatlığına qədər hər işdə əlinin olduğu da gizlin məsələ deyil. Sumqayıtın bütün aparıcı zavodlarını ələ keçirən sözügedən şəxsin, Bakıda da xeyli sayda istehsal müəssisələri vardır. Yəni, onun milyonluq qol saatı da taxa bilməsi təəccüblü deyil. 
MARKALAR
Politika.Az xəbər verir ki, bahalı qol saatı taxanlar arasında Kərəm Həsənov birinci şəxs deyil. Artıq icra başçıları da bahalı qol saatları ilə fəxr edirlər. Ötən günlərdə Gəncə Müstəqil İnformasiya Portalı adlı Facebook səhifəsi şəhərin icra başçısı Elmar Vəliyevlə bağlı olduqca maraq doğuran məlumat yayıb. Səhifənin məlumatında vurğulanırdı ki, Elmar Vəliyevin şəkillərinə diqqətlə baxıldıqda, icra başçısının qolunda bir birindən fərqli olan 4-5 növ saat görmək mümkündür. «Onlardan yalnız ikisinin adını dəqiqləşdirə bilmişik. Həmin saatlardan biri "Franck Muller", digəri isə "Breguet" firmalarının istehsalıdır və nadir nümunələr sayılır. Eyni zamanda kifayət qədər bahalıdır. Təkcə bu iki saatın qiyməti toplam 262 min dollar və ya 422 min manat edir».
MARKALAR
Nəzərinizə çatdıraq ki, Elmar Vəliyevin əmək haqqısı Kərəm Həsənovdan fərqli olaraq, 900 manatdır. Bu iki qol saatını alması üçün ona ən azı fasiləsiz 40 il işləməsi lazımdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]