Gündəm

Polislərin ölümünə görə üç şiə edam edilib

16-01-2017, 00:33
Polislərin ölümünə görə üç şiə edam edilib

Bəhreyn üç şiəni 2014-cü ilin martında baş vermis bomba basqınına görə edam edib. Həmin basqında üç polis zabiti həlak olmuşdu, rəsmilər deyir.

BNA xəbər agentliyinin məlumatına görə edam güllələmə yolu ilə icra olunub.

İnsan haqları rəsmiləri deyirlər ki, bu üç nəfərdən ifadələrin işgəncə ilə alındığına dair ciddi narahatlıq var.

Bu Bəhreyndə 2011-ci ildə daha böyük siyasi hüquqlar tələb edən şiə çoxluğun həyəcanlarından bu yana icra edilmiş ilk edamlardır.

Ötən il ərzində ölkənin sünni hakimiyyəti tanınmış şiə müsəlman xadimin vətəndaşlıqdan məhrum edilməsi də daxil şiə tənqidçilərinin repressiyalarını gücləndirib.

BMT-nin qanunsuz qətllər üzrə xüsusi məruzəçisi Agnes Callamard bu edamları Tvitterdə pisləyib.

"İşgəncə, ədalətsiz mühakimə + zəif sübutlar: bunlar qanunsuz qətllər sayılır", xanım Callamard yazıb.

Image caption"İşgəncə, ədalətsiz mühakimə + zəif sübutlar: bunlar qanunsuz qətllər sayılır", xanım Callamard yazıb

Britaniyada mənzillənmiş Reprieve insan haqları qrupunun rəhbəri Maya Foa isə bildirir: "Bu hadisə yalnız hiddət doğura bilər. Bəhreynin bu edamları həyata keçirmək qərarı beynəlxalq qanunun rüsvayçı şəkildə pozulması deməkdir".

Foa deyib ki, edam edilmiş üç nəfərdən ifadələr işgəncə ilə alınıb və "bu mühakimə tam bir biabırçılıqdır".

Abbas əs-Sameya, Sami Muşayma və Əli əs-Sinqeys az qala üç il əvvəl Birləşmiş Ərəb Əmirliklərindən olan üç polisin ölümünə səbəb olmuş bomba hücumuna görə ittiham edilmişdilər.

Onlar ali məhkəmə ölüm hökmünü təsdiq edəndən bir həftə sonra edam olunublar.

Bu Bəhreyndə son 6 ildə icra olunmuş ilk edamlardır, bildirir Reprieve təşkilatı.

"Bu Bəhreynin tarixində qara gündür. Bu, Bəhreyn hökumətinin ən rəzil cinayətidir və ölkə hakimiyyəti üzərinə ar gətirib… Bu akt Bəhreynin və bütün regionun təhlükəsizliyinə hədədir" - deyib Bəhreyn İnsan Haqları və Demokratiya İnstitunundan Sayed Əhməd Əlvədayi Reuters agentliyinə.

Bu edama hazırlıq barədə sosial mediada xəbər çıxandan sonra ötən şənbə günü yüzlərlə etirazçı küçələrə çıxmışdı. Onlar "Edama yox!" şüarları səsləndirirdilər.

Daxili İşlər Nazirliyi bildirir ki, paytaxt Manamın qərbindəki Bəni Cəmra şiə kəndində polis patrulunun atəşə tutulması nəticəsində zabitlərdən biri yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]