Kriminal

Ağcabədidə dəhşətli yol qəzası: İki nəfər ölüb

3-01-2017, 14:45
Ağcabədidə dəhşətli yol qəzası: İki nəfər ölüb

Ağcabədidə iki nəfərin ölümünə, bir nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Xeberman.com xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağcabədi-Zərdab yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Daşkəsən rayon Əhmədli kənd sakini, 1994-cü il təvəllüdlü Qurbanov Faiq Naməddin oğlu hadisə yerində ölüb. Digər sürücü, Ağcabədi rayon sakini, 1949-cu il təvəllüdlü Abdullayev Əlı Əhməd oğlu Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, aldığı yaradan həyatını itirib.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından  APA-ya verilən xəbərə görə, avtomobillərdən birində olan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olub. Faktla bağlı araşdırma aparılır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]