Kriminal

Ağdamda 15 yaşlı yeniyetmə bədbəxt hadisənin qurbanı olub

26-02-2016, 09:47

Ağdamda bədbəxt hadisə baş verib. Arabadan yıxılan 2001-ci il təvəllüdlü Əsgərov Qəzənfər Nəbi oğlu həyatını itirib.

Hadisə rayonun Baharlı qəsəbəsində baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, uzunqulağa qoşulmuş arabadan yıxılması nəticəsində 9-cu sinif şagirdi Qəzənfərin başına mismar batıb. Yaralı yeniyetmə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]