Gündəm

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı Azərbaycanda insan haqlarının mövcud durumuna dair toplantı keçirir

9-12-2016, 22:03
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı Azərbaycanda insan haqlarının mövcud durumuna dair  toplantı keçirirXeberman.com-un verdiy məlumata görə, Oktay Güləliyev öz facebook səhifəsində yazaraq bildirib ki,bildiyiniz kimi 10 dekabr İnsan haqları günü münasibətilə təmsil etdiyim "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı Azərbaycanda insan haqlarının mövcud durumuna dair həmin gün toplantı keçirmək istəyir. Toplantı keçirmək üçün Beynəlxalq Mətbuat Mərkəzi (BMM) və digər uyğun qurumlar bizə yer vermədiyi üçün özəl bir yerlə danışıb toplantının keçirilməsi üçün hazırlıq işlərinə başladıq. Zəruri hazırlıq işlərini gördük və təbii ki, dəvət etdiyimiz şəxslərə tədbir keçirəyəcəyimiz ünvanı da dedik. Bu gün yerin icarədarı və sahibi polisə çağrılaraq onlara xəbərdarlıq edilib və ofis qapadılıb. 
Üzürlü hesb edin ki, biz sizlərlə sabah vəd etdiyimiz ünvanda görüşə bilməyəcəyik. Amma toplantımızı keçirməkdə qərarlıyıq. Məlumatlı olan və dəvət etdiyimiz şəxslərin diqqətinə çatdırıram ki, nəzərdə tutduğumuz yerə yaxın bir yerdə sabah 10 dekabr saat 12 00- da tədbirimizi keçirəcəyik. Hazırda sizlər yeni yerlə bağlı məlumatlandırılır.
Əlavə olaraq tədbirimizdə iştirak etmək istəyənlər inboxuma yaza və mənimlə əlaqə saxlaya bilərlər.
Bizdən asılı olmayan narahatçılığa görə hər birinizdən üzr istəyirik. Eyni zamanda bildirmək istəyirik ki, ölkədə analoqsuz inkişaf olduğunu iddia edən hakimiyyət azad sözdən, ifadə azadlığından, bir neçə nəfərin bir yerə toplaşmağından elə qorxur ki, bütün dünyanın 10 dekabr- İnsan haqları gününü qeyd etdiyi bir gündə ölkəmizdə bu istiqamətdə onun iradəsindən kənarda hər hansı tədbirin keçirilməsindən qorxur, ehtiyatlanır. 
10 dekabr- insan haqları günüdür. Gəlin hüquqlarımızı qoruyaq və haqqımıza sahib çıxaq!

Administratorla əlaqə

077 611-55-22

[email protected]