Ölkə

Sadiq Rəsulov:Akif Çovdarov guya ondan bir milyon dollar pul alıb hədə qorxu yolu ilə.

5-12-2016, 20:36

Xəbərman.com-un verdiyi məlumata görə keçmiş MTN-nin generalı Akif Çovdarovun bu gün məhkəmə prosesi olub.Məhkəmə prosesindən sonra xəbərman.com saytının əməkdaşının suallarını cavablandıran Akif Çovdarovun vəkili Sadiq Rəsulov   bildirib ki, bu gün ilk iclası idi ki, zərər çəkən qismində Şahmar Qurbanov adlı şəxs çıxış etdi. O bildirdi ki, Akif Çovdarov guya ondan bir milyon dollar pul alıb hədə qorxu yolu ilə. Mənim də araşdırmam zaman onun istintaqa verdiyi ifadəni araşdırdıq və məlum oldu ki, ifadə verərkən o pulun mənbəyini göstərir ki, onun iki mərtəbəli abyekti olub ,onu dörd yüz yetmiş min dəyərində satıb. Alqı -satqı müqaviləsindədə göstərilib ki, o bu abyekti doxsan minə satıb. Sonra bildirir ki, bundan əlavə dörd xarici maşını olub . Dövlət Yol Polisindən aldığımız sənəd vastəsi ilə müəyyən olub ki, onun iki maşını olub. O bildirir ki, 2007 –ci ildə satıb ,amma DYP-dən aldığımız sənədlər əsasında müəyyən olub ki, maşının biri 2008-ci ildə, digər isə 2009-cu ildə satılıb. Bununlada onun istər istinaqa verdiy ifadə, istərsə də məhkəməyə verdiyi ifadələr əsassız olduğunu bir vəkil kimi biz sübut etdik. Onuda əlavə edim ki, Şaban Qurbanovun yoldaşı məhkəmədə bildirib ki, onun atasının iki dənə maşınını Şahmar Qurbanov alıb hələdə vermir.Təbii bu ifadə Şahmar Qurbanovun kimliyini artıq ortaya qoyur.

Bundan əlavə olaraq bildirim ki, haqqın.az saytı və vituralaz.org saytının Akif Çovdarov haqqında yalan informasiyalar yazır. Bundan əlavə olaraq bildirim ki, müəyyən məhkəmə prosesində zərərçəkən kimi göstərilən Şahmar Qurbanovun verdiyi yalnış və əsassız ideyalar bu saytda verilməyəcək ,bu isə qərəzili şəkildə veriləcək. Sonda azad mediyada biz prosesin gedişinə uyuğun olaraq informasiyalar verəcəyik ki, Eynulla kimiləri yalnış informasiyalar ilə ictimaiyyəti yanıltmasınlar. Mən hüquqlarını müdafiyə etdiyim general Akif Çovdarovun günahsız olduğunu və ittiham edilən maddələrin əsassız olduğunu bu gün məhkəmə prosesində də sübut etdim və gələcək məhkəmə prosesində də bu sübut olacaq və azad KİV-lərə bu barədə informasiyalar verəcəyik ki, ictimaiyyət dolğun məlumatlar əldə edə bilsin .

Administratorla əlaqə

077 611-55-22

[email protected]