Əsas Səhifə / Siyasət / Müsahibə

“Evdə, ailənin, uşağın üzünə də baxmaq olmur”

4-11-2014, 18:28
“Evdə, ailənin, uşağın üzünə də baxmaq olmur”
“Azərbaycan televiziyalarında şou proqramlara baxanda adamın əti tökülür. Evdə, ailənin, uşağın üzünə də baxmaq olmur. Bütün bu hallar milli mentalitetimizə zidd olan əməllərdir”.

Bu fikirləri Aktual.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yerli telekanallardakı vəziyyətlə bağlı açıqlamasında deyib. O, qeyd edib ki, efirə yararsız proqramlar yığışdırılmalıdır:

”Biri çıxıb deyir filankəs mənim ərimlə yatıb. Ayıbdı. Belə tərbiyəsizlik olarmı? Bu hallar yolverilməzdir. Özlərini gedib başqa yerlərdə reklam etsinər. Bunların hamısı efirə özlərini reklam edib, tanıtmağa gələn insanlardır. Mən partiya sədri olaraq Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlidən xahiş edirəm televiziya rəhbərlərinə desin ki, belə proqramları efirlərindən yığışdırsınlar”.
Partiya sədri qeyd edib ki, telekanal rəhbərləri bu barədə ciddi düşünməlidirlər:

”Xalqı maarifləndirən verilişlərə geniş yer ayrılmalıdır. Söz azadlığı, demokratiya o demək deyil ki, hərə efirdə ağzına gələni danışmalıdır. Bizim bəzi televiziyalarda olan biyabırçılıq heç Avropa kanallarında da yoxdur. Televiziya rəhbərlərinə ciddi göstəriş verilməldir ki, efirə çağırılan insanlara nəzarət etsinlər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]