Əsas Səhifə / Siyasət
Partiyanın strukturlarında yeni islahatlar aparılacaq
30-10-2014, 19:05
Bu gün Müasir Müsavat Partiyası İdarə Heyətinin övbəti toplantısı keçirilib. Toplantı başlanmazdan öncə oktyabrın 23-də beyninə qan sızması nəticəsində dünyasını dəyişən partiya sədrinin ideoloji məsələlər üzrə müavini Təranə Ramazanovanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra partiyaını sədri Hafiz Hacıyev ürəkağrısı ilə T.Ramazanovanın partiya üçün böyük itgi olduğunu bildirərək burada çalışdığı 14 il ərzində xidmətlərini yüksək qiymətləndirib. İdarə Heyətinin üzvləri də T.Ramazanovanın dövlət və dövlətçilik üçün müsir müsavatçılarla birlikdə mübarizə apardığı anları qısa da olsa xatırladıblar.
H.Hacıyev qeyd edib ki, başı T.Ramazanovanın yas mərasimlərinin keçirilməsinə qarışdığından partiyanın siyasi fəaliyyətində müvəqqəti axsamalar mövcuddur: “Son bir neçə gün ərzində mən başda olmaqla bütün partiya rəhbərliyində təmsil olunanlar mərhumənin yas mərasiminin keçirilməsində iştirakdayıq. Ona görə də partiyada siyasi fəaliyyətimizdə müvəqqəti sönüklük yaranıb. Hamımız, onu tanıyan və tanımayanlar da indi depressiya vəziyyətindəyik. Onun yoxluğu bizim böyük itgimiz oldu. Amma biz onun xatirəsinə hörmət əlaməti olaraq işini davam etdirməliyik”.
Partiya sədri bildirib ki, T.Ramazanova həmişə müasir müsavatçıların qəlbində yaşayacaq, onun əziz xatirəsi həmişə uca tutulacaq. Çünki o buna layiq bir xanım idi.
H.Hacıyev həmçinin yeni ildən partiyanın bütün strukturlarında islahatların aparılmasının vacibliyini və yeni ilə qədər İdarə Heyəti üzvlərindən bununla bağlı rəy və təkliflərin verilməsi tapşırığını verib: “2015-ci il parlamentə seçkilər ilidir. Biz bu seçkilərə də yüksək səviyyədə hazırlaşmalı və təbliğatımızı əvvəlki seçki illərinə nisbətən güclü qurmalıyıq. Bunun üçün islahatlara ehtiyacımız var, həm beynlərimizdə, həm də kadr dəyişikliyində. Məqsədimiz parlamentə bir neçə millət vəkili ilə təmsil olunmaqdır. Ona görə də işimizi, siyasi fəaliyyətimizlə yanaşı, mübarizəmizi də gücləndirməliyik”.
Avrasiya.net