Yaşam

“Kondisioner havası sinir siteminə mənfi təsir göstərir”

11-08-2016, 14:57

"İsti havalarda əhali tərəfindən geniş istifadə edilən kondisioner insan orqanizmində daha çox sinir sisteminə mənfi təsir göstərir”.

Bunu fizioterapevt Zaur Əliyev deyib.

O bildirib ki, sinirlər soyuğu sevmədiyindən, daha çox da onlarda əzilmələr və sıxılmalar olduqda kondisioner havasından zərər görür: "Kondisionerin ən böyük mənfi təsiri orqanizmdə xüsusilə əzilən sinirə yönəlir. Bundan başqa,kondisioner havası tənəffüs sistemində də iltihablaşmalara gətirib çıxara bilər”.

Həkimin sözlərinə görə, kondisionerin filtirasiya sistemləri vaxtında təmizlənməlidir. Filtirasiya sistemi yaxşı işləməyən cihaz otaqda olan havanın keyfiyyətini aşağı salaraq daha çox da astma, tənəffüs yolları problemi olan insanlara mənfi təsir göstərir. (Report)

Administratorla əlaqə

077 611-55-22

[email protected]